Qalstuk - tarixi də qəribə, mənası da

Qalstuk - tarixi də qəribə, mənası daƏksər kişilər qalstuku düzgün bağlamağı bacarmırlar. Deyirlər ki, bu, kimə lazımdı? Ya da köynəyin yuxarıdakı iki düyməsini açıb özlərini rahat hiss edirlər. Belələri, qalstuku kişi qarderobunda lazımsız aksessuar sayırlar. Amma qalstuk bağlamağın əsas mənasını, yəqin ki, çox adam bilmir. Elə mənşəyini də.

Əvvəlcə sözün hərfi mənasının nə anlam daşıdığını aydınlaşdırmaq üçün tarixə qısa ekskurs edək. Rus dilinə "qalstuk" sözü almancadan keçib; "halstuch" almancadan tərcümədə "boyun yaylığı" mənasını verir. Bu söz daha çox yayılmış orfoepiyasını isə fransızların marağına borcludur desək, yanılmarıq. Belə ki, 1635-ci ildə 30 illik müharibə zamanı xorvatlarla fransızların görüşündə ikincilər əllərini qarşı tərəfdəkilərə uzadaraq "bu nədir?" - sualını veriblər. Xorvatlar isə səhvən fransızların onlardan milliyyətlərini soruşduqları qənaətinə gələrək, fəxrlə "khroat" yəni "xorvatıq" cavabını veriblər. Beləcə, dəb dünyasında liderliyi hər zaman qoruyub saxlamağı bacaran fransızların yeni moda aksessuarına marağı bu gün əksər Avropa ölkələrinin və qardaş türklərin də "kravat" adlandırdıqları qalstuku isimləndirdi.

Qalstukun ilk dəfə olaraq harada yaranması mübahisəlidir. Bəziləri onun qədim Misirdə meydana gəldiyi iddiasındadırlar. Bu iddianı isə ölkədə aşkarlanan bir tapıntıda çiyinə atılmış, sosial statusu müəyyənləşdirən həndəsi fiqur formasında parça kəsiyi ilə əsaslandırmağa çalışırlar. Bəziləri isə ilk qalstukları qədim çinlilərin bağladıqları qənaətindədirlər. Bunu imperator Şi Xuan Dinin müasir qalstuka bənzər aksessuar taxması ilə əlaqələndirirlər. Hərçənd ki, həmin qalstuklar müasir xələflərindən xeyli dərəcədə fərqlənirdilər, düyün vurulmurdu və bugünkündən fərqli olaraq konkret məna kəsb edirdi.

Amma ilk qalstuklar barəsində bir maraqlı versiya da var. Belə ki, keçmiş zamanlarda edam əsnasında ölüm hökmü ləğv edilən, əfv olunmuş insan boynunda qırılmış kəndir gəzirdi və onu bəxtigətirmiş hesab edirdilər. Bəlkə də elə buna görə kişilər nədənsə sıxılanda instinktiv olaraq qalstuku boşaltmağa əl atırlar.

Hazırda qalstuk xeyli dərəcədə uğur mənasını ifadə edir. Yüksək vəzifə sahibləri mütləq kişi qarderobunun bu atributundan istfadə edirlər. Ancaq təkcə qalstukun varlığı deyil, onun necə bağlanması da kişinin həyat tərzindən xəbər verir. Məsələn, "deputat düyünü"nün vurulmasının çətinliyi də şəxsin vəzifəsinin yuxarı olmasından xəbər verir. Leninin pioner qalstukunu "Herakl düyünü" formasında bağlaması da təsadüfi deyil. Çünki bu, mənəvi gücü bildirir. Kişinin qalstukunun uzunluğundan onun evli, yaxud subay olmasını müəyyən etmək olar.

Müasir modelyerlər çox sayda qalstuk çeşidi təqdim edirlər - boğaz yaylıqlarından tutmuş "kəpənəklərə" qədər. Amma qalstuk seçərkən hara və niyə getdiyinizi nəzərə alın. Unutmayın ki, qalstuk həyatınızda böyük rol oynaya bilər.

Gözəllik və Moda     Baxılıb: 3456   Tarix: 25 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

turlar.az

sonxeber.az qadin dunyasi aksessuarlar geyim şəkilləri laylalar qara qaragatin faydalari plov reseptləri toy gecəsi kosmetika sekis veten haqqinda bayati terezi ariqla