Qarabaşaq şorbası (1 yaş +)

Qarabaşaq şorbası (1 yaş +)Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Qarabaşaq fosfor, dəmir, kalsium, maqnezium, mis, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ət ilə müqayisə etmək olar. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı, yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır. Qarabaşaq yaramasının körpənizə verib-verilməməsi sualına cavab, körpənin sağlamlığını izləyən həkimdən ala bilərsiniz. Ancaq ümumi tövsiyələrə görə, 1 yaşından sonra başlamaq daha məqsədə uyğundur. Az miqdarda qarabaşaq yarması ilə hazırlanan yeməyin reaksiyasına 3 gün ərzində izlənilib, yoxlanılmalıdır. Az miqdarda qarabaşaq elədə fərq etməsədə, çox miqdarda qarabaşaq qəbulu allergiya və ishal kimi reaksiyalara səbəb bilər.
Uşaqlar heç vaxt həkim məsləhəti olmadan qlütensiz pəhriz qəbul etməməlidirlər!
Müəyyən bir sağlamlıq problemi olmadan, körpənizi tam qlütensiz qidalandırmaq, düzgün yanaşma deyil. Xüsusilə, həkim məsləhəti olmadan tətbiq edilməməlidir. Əks halda istəmədən, uşağın sağlamlığı və inkişafı pozula bilər.
Bu resept çox sadədir, buna görə hər kəs belə bu şorbanı hazırlaya bilər.
Qarabaşaq şorbası üçün inqrediyentlər:
200 qr dana əti (və ya toyuq),
3 xörək qaşığı qarabaşaq yarması,
1 ədəd soğan,
1 ədəd kartof,
1 ədəd kiçik kök,
2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
Duz.
Qarabaşaq şorbasnın hazırlanması.
3 stəkan təmiz su qazanda qaynağa qoyulur. Ət və soğan ət maşınından keçirilib, duz vurulur və yaxşı qarışdırılır. Alınmış ətdən əllərimizi yüngülcə isladaraq, kiçik küftələr edib, qaynayan suya duz əlavə edib, sonra küftələri qoyuruq. Su üzərində yaranan köpük tam təmizlədikdən sonra xırda kublara doğranmış kartof əlavə olunub, yenidən qaynağa qoyulur. Qaynayan yeməyə qarabaşaq yarması əlavə edilib, tam bişənə qədər vam odda bişirilir. Sonra üzərinə xırda sürtgəcdən keçirilən kök  və zeytun yağı əlavə edilib, 10 dəqiqə qaynadılır. Çox xırda doğranan şüyüd qazana elavə edib, qabağı bağlanır və odu tamamilə söndürülür. İlıq halda körpənizə verə bilərsiniz. Nuş olsun!
 

Sağlam qida     Baxılıb: 20551   Tarix: 30 aprel 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilib

Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib. Müxtəlif media qurumları və Azərbaycan Kulinariy

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

.

Zeytun yağlı lobya (1 yaş +)

Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda biləcəyi şəkildə yaxşıca doğranaraq, bişirilib rahatlıqla verə bilinən bir yeməkdir. Təzə lobya həm lif baxımından, həm də vitamin və mineral baxımından zəngindir

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

.

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratı

.

Almalı pankeyk (10 ay+)

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkild

.

Zeytun Yağı Nədir?

— Zeytun Yağı Nədir?. — İlk olaraq onu bildirmək istəyirəm ki, çox şanslı ölkələrdən biriyik ki, zeytun ağacı bizim ölkədə də yetişir. Zeytun yağı, zeytun ağacının yetişmiş məyvələrindən mexanik yolla əldə edilən, otaq temperaturund

turlar.az

sonxeber.az gozel gorunmek gelinlikler yay kolleksiyasi pustenin faydalari şalvar modelləri ehtiras dirnaq berkiden maskalar kosmetika sanamalar maya maskasi qaynanaya aid tərəzi bürcü novruz bayramına aid hakışta