Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilib

Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib. Müxtəlif media qurumları və Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvləri üçün Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib. Qonaqları qarşılayan müəssisənin rəhbəri Şahəddin İbrahimov fabrikin 1997-ci ildən fəaliyyət göstərdiyini və 2014-cü ildə Sumqayıtda yerləşən "Azərsun Sənaye Parkı"na köçürüldüyünü bildirdi. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin iştirak etdiyi istehsal müəssisəsi tam avtomatlaşdırılmış və müasir avadanlıqlarla təmin edilib. İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir. Bakı Qida və Yağ Fabriki ilə tanışlıq çərçivəsində "Azərsun Holdinq"in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təyin edildiyini bildirib və İSO sertifikatının tələblərinə cavab verdiyini söyləyib.Rafinasiya sahəsini ziyarət edən qonaqlar burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə və kulinarlara buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış oldular və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verildi. Daha sonra qonaqlar "Final", "Zeytun bağları" kimi istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan duru yağların istehsal edildiyi sahə ilə tanış olublar. Jurnalistlərə və kulinarlara "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyətə və texnoloji yeniliklərin tətbiqinə xüsusi həssaslıqla və tələbkarlıqla yanaşdığı bildirilib və bu sahədə də digərlərində olduğu kimi müasir avadanlıqlardan istifadə edildiyi qeyd edilib. "Zeytun bağları" barədə məlumat verilərkən bu yağın Abşeron rayonu ərazisindən toplanılan zeytundan emal edildiyi vurğulanıb. Ziyarət çərçivəsində son illərin ən sevilən markalarından olan kərə ətirli "Möcüzə" yağının da istehsal prosesi nümayiş etdirilib. Bakı Qida və Yağ Fabriki ziyarəti çərçivəsində qonaqlara "Bizim Süfrə" mayonezlərinin və ketçuplarının da istehsal prosesi nümayiş etdirilərək bu yerli markaların tərkibinə heç bir qatqı maddəsinin əlavə edilmədiyi bildirilib . Həmçinin burada istehsal olunan ketçupların istehsal edilməsində təbii yerli pomidorlardan istehsal edildiyi qeyd edilib. Bundan əlavə məhsullar azərbaycanlıların ağız dadına uyğunlaşdırılaraq istehsal edilir ki, bu səbəbdən istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Gəzinti çərçivəsində xama dadlı mayonezin istehsalı da böyük qonaqların marağına səbəb oldu.

Qeyd edək ki, "Azərbaycan Respublikası regionların sosial-iqtisadi İnkişafına" dair Dövlət Proqramına bu istehsal müəssisəsində yüzlərlə insan işlə təmin edilib ki, bununla da "Azərsun Holdinq" ölkəmizdə işsizliyin aradan qaldırılması və insanların sosial-rifah halının yüksəldilməsinə öz töhfəsini vermiş olur.
Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilibSevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilibSevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilibSevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilibSevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilibSevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilibSevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilib

Sağlam qida     Baxılıb: 1664   Tarix: 17 yanvar 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Verməşilli küftə şorbası (1 yaş +)

Körpə qidası bütün digər yeməklərdən və onların hazırlanma texnologiyasından daha fərqlidir. Əlbətdə ki, uşaq qidası həmişə xüsusi olaraq, nəzərdən keçirilməlidir. Uşaq üçün ən uyğun qida məhsulları - asan həzm olunmalı

.

"Zeytun Bağları" ilə hazırlanmış Tərəvəzli toyuq - VIDEO

Resept:. -Toyuq filesi 150 q. -1 ədəd böyük badımcan. -1 ədəd kök. -1 ədəd bibər. -2 ədəd pomidor. -1 ədəd qırmızı baş soğan. -2 diş sarımsaq. -duz, istiot. -2 x.q. "Zeytun Bağları" yağı. Nuş olsun!. jwplayer "mediaspace_1715935748145229253066471a0435338.setup"flashplayer"

.

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı-Video

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı. Resept:. -300 qr toyuq filesi. -yarım yaşıl bolqar bibəri. -yarım qırmızı bolqar bibəri. -yarım sarı bolqar bibər. -1 ədəd xiyar. -1 balaca banka konserv göbələk. -

.

Zeytun yağlı Göbələk şorbası - VİDEO

Zeytun yağlı Göbələk şorbası. Resept: . -500 qr göbələk . -1 ədəd baş soğan . -200 ml qaymaq . -2 st qaynadılmış su . -2 st süd . -duz . -istiot . -Zeytun yağı . -bəzək üçün şüyüd. Nuş Olsun!

.

"Zeytun Bağları" ilə hazırlanmış Humus- VIDEO

Resept:. -300 qr bişmiş təmizlənmiş noxud . -1 x.q. tahini . -1/4 fincan zeytun yağı. -2 x.q. limon şirəsi. -duz -istiot . -1/3 fincan soyuq su. Nuş olsun!

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

turlar.az

sonxeber.az aksessuarlar toy gecesi makiyaj instagram qəbizlik üz maskaları sengulum nagili çanta ayaqqabı kosmetika xerçeng vusale elizade xlor lekesi layla qoğalın nağlı