Zeytun yağlı lobya (1 yaş +)

Zeytun yağlı lobya (1 yaş +)Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda biləcəyi şəkildə yaxşıca doğranaraq, bişirilib rahatlıqla verə bilinən bir yeməkdir.

Təzə lobya həm lif baxımından, həm də vitamin və mineral baxımından zəngindir. Qatıq ilə birlikdə çox dadlı və faydalı bir yeməkdir. 100 qramında təxminən 2 qram zülal olan bu tərəvəz, bitki mənşəli zülal ilə zəngindir. Bu tərəvəzi sağlam qidalanma üçün süfrələrinizdən əksik etməməyiniz məsləhətdir. Pomidor ilə bişirildikdə içindəki likopen (antioksidant) miqdarı ilə son dərəcə faydalı bir qida alınır.

Sağlam qidalanma üçün çox faydalı olan zeytun yağı ilə hazırlanan bu yeməyi körpələrinizin menyusuna əlavə edin. Təzə lobya lif və zülal ilə yanaşı, vitamin A, vitamin C, dəmir, mis, kalium, fosfor, maqnezium və kalsium ilə boldur. Evlərimizdə tez-tez bişirilən bu yeməyi uşaqlardan da əsirgəməmək və onları tərəvəz yeməyinə zamanında öyrəşdirmək doğru bir yanaşmadır. Uşaqların ürəklərini sındırmadan, çox məcbur etmədən, vaxtaşırı sevdikləri yeməkləri bu cür faydalı yeməklər ilə əvəz edə bilərsiniz. Unutmayın ki, heç bir vərdiş bir anda yaranmır. Onların da zamana ehtiyacı vardır.

Zeytun yağlı lobya yeməyi üçün inqrediyentlər:

200 qr təzə lobya,

1 ədəd orta boy soğan,

1 ədəd orta boy pomidor,

2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı.

Bir yaş üstü və böyüklər üçün duz və şəkər əlavə edə bilərsiniz. Bunlar yeməyi ləzzətli etmək üçün istifadə edilən inqrediyentlərdir. Ancaq körpələrin böyrəklərini yoran bu cür inqrediyentlər, 1 yaşdan az olan körpələr üçün istifadə olunmur.

1 çay qaşığı şəkər tozu,

1 çay qaşığı ucunda duz.

Zeytun yağlı lobya yeməyinin hazırlanma qaydası;

Duzlanmış qaynayan suya təmizlənmiş, xırda doğranmış lobyanı əlavə edib, 15 dəqiqə bişiririk. Tavanı qüvvətli oda qoyub, oraya zeytun yağı ilə xırda doğranmış soğanı əlavə edirik. Soğanın

qoxusu çıxıb rəngi şeffaf olana qədər təxminən 4-5 dəqiqə qovururuq. Sonra üzərinə suyu süzülmüş lobyanı əlavə edib, 5-10 dəqiqə qovururuq. Lobyanın rəngi dönəndə, pomidoru əlavə edib 5-10 dəqiqə bişiririk. Lobyanın bir qədər yumuşaq olması üçün yarım stəkan su əlavə edib, 3-4 dəqiqədən sonra qazanının altını azaldıb qapağını bağlayıb, təxminən 25-30 dəqiqə vaxtaşırı qarışdıraraq bişiririk.

Sağlam qida     Baxılıb: 6477   Tarix: 24 fevral 2020
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı-RESEPT

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı. Resept:. yarım hissə qırmızı kələm. -3-4 yarpaq ağ kələm. -2 ədəd kök. -1 ədəd yaşıl bibər. -50 qr doğranmış qara zeytun. -30 qr doğranmış qoz

.

Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilib

Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib. Müxtəlif media qurumları və Azərbaycan Kulinariy

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

.

Kökəlmək üçün nə etməli? MƏSLƏHƏTLƏR

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

.

Noxud şorbası (1 yaş +)

Dadlı və çox zəngin olan noxud şorbası çoxları tərəfindən sevilən bir yemək hesab olunur. Müxtəlif yaşdakı uşaqlar da bu ətirli şorbadan imtina etməyəcəklər. Lakin onların həzm sistemi noxud yeməklərinin bir çox versiyasını

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

turlar.az

sonxeber.az geyim seçimi geyim necə seçməli gozel gorunmek valideyn haqqinda meyvələr vətənə aid atalar sözü böyrək problemi kosmetika öpüşme birlik haqqinda burcler orqazm cinsi