Qarın xəstəlikləri üçün faydalı dini məlumatlar

Qarın xəstəlikləri üçün faydalı dini məlumatlarQarın xəstəlikləri üçün faydalı dini məlumatlar

Bal və qaraçörəkotu

"Səhihi-müslüm" - Əbu Səid Xidridən: Bir kişi Peyğəmbərin (s) yanına gələrək dedi: "Qardaşımın qarnına yara çıxıb. Peyğəmbər (s) dedi: "Ona bal içirt!" Həmin şəxs qardaşına bal içirdəndən sonra yenidən Peyğəmbərin (s) yanına gəlib dedi: "Mən ona bal içirtdim, amma yarası bir az da artdı". Həzrət (s) ona bu sözü üç dəfə dedi. O dördüncü dəfə gəldi. Peyğəmbər (s) yenə dedi: "Get ona bal içirt!" O yenə gəlib dedi: "İçirtdim, amma yarası bir az da artdı". Peyğəmbər (s) buyurdu: "Sən Allahı təsdiq, qardaşının qarnını təkzib et". Həmin şəxs gedib yenidən qardaşına bal içirtdi və qardaşı sağaldı.
İmam Əli (ə): "Bir şəxs Peyğəmbərə (s) xəstəliyindən şikayət etdi. Həzrət (s) ona dedi: "Bal şərbətinin içinə üç ədəd, ya beş, ya da yeddi ədəd qaraçörəkotu tök və iç, Allahın iznilə sağalacaqsan".
O, bunu etdi və sağaldı.

Düyü və sumaq
"Kafi" - İmrandan: "İmam Sadiqin (ə) qarın ağrısı vardı. Həzrət onun üçün düyü bişirilib üstünə sumaq səpilməsini əmr etdi. Yeyəndən sonra sağaldı".

Kəklikotu

İmam Kazım (ə): "Əlinin (ə) dərmanı kəklikotu idi. O deyərdi: Kəklikotu mədə üçün paltarın üzərindəki narın tük kimidir".

Armud

İmam Sadiq (ə): "Armud yeyin. O, Allahın izni ilə qəlbi açır və qarın ağrılarını sakitləşdirir".

Bişmiş qoz

"Tibbul-əimmə" - Məhəmməd ibn İbrahim Cöfidən: Bir kişi İmam Rzaya (ə) qarın ağrısından şikayətləndi. O, ölüm həddinə gəlib çatmışdı.Həzrətdən (ə) onun üçün Allaha dua etməsini istədi. Artıq o qədər dərman içmişdi ki, bezmişdi. Dərmanların heç biri kömək etmir, bir az da ağrısı şiddətlənirdi.
Həzrət (ə) təbəssüm edərək buyurdu: "Xoşbəxt kişi! Bizim duamızın Allah yanında ehtiramı var. Allahdan öz qüvvəsi ilə sənə şəfa verməsini istəyirəm. Əgər ağrılar səni tutsa, bükülsən, onda bir qoz götürüb oda at. Biləndən sonra ki, od onun içindəkini bişirib və qabığını dəyişdirib, onda ye, həmin saat ağrılar kəsəcək".
O şəxs deyir: "And olsun Allaha, Həzrətin (ə) dediyini bir dəfə etdim, Allahın izni ilə ağrılar sakitləşdi".

İmalə
Peyğəmbər (s): "Ən yaxşı müalicə olunduğunuz vasitə imalədir. O, qarnı genişləndirir, xəstəlikləri qarından çıxarır və bədəni qüvvətləndirir".
Peyğəmbər (s): "İmalə qarnı böyütməsəydi, onun heç bir eybi olmazdı".

Düyü unu

"Məhasin" - Məhəmməd ibn Mərvidən: Mən İmam Sadiqin (ə) yanında olanda Həzrətin (ə) qarnı açılmışdı. Gecə ayrılanda nigaran qaldım. Səhər yanına gələndə artıq sağalmışdı. Ona dedim: "Sənə fəda olum, dünən gecə səndən ayrılanda xəstəliyin vardı?!" Dedi: "Bəli, əmr etdim ki, düyünü yusunlar və qurudub əzsinlər. Ondan yedim qarnım bərkidi".
"Kafi" - Xalid ibn Nəcihdən: İmam Sadiqə (ə) qarın ağrısından şikayət etdim həzrət (ə) dedi: "Düyünü yu, qaranlıqda qurut və onu döy. Hər səhər bir ovuc içi ondan ye".
İmam Sadiq (ə): "Bərk xəstələnmişdim. Qarnım ağrıdı, cismim zəiflədi. Əmr etdim ki, düyü qaynatsınlar. Ondan sıyıq hazırladılar. Yeyəndən sonra özümə gəldim".

Düyü çörəyi
İmam Saidq (ə): "Qarnı ağrıyan adama düyü çörəyi verin. Ondan həmin şəxsə daha faydalı heç bir şey yoxdur. O, mədəni təmizləyir, xəstəliyi aradan qaldırır".

Cavərs (darı növündən dənli bitki)
"Kafi" - Əbdur-rəhman ibn Kəsirdən: "Mədinədə xəstələndim, qarnım açıldı. İmam Sadiq (ə) cavərs sıyığını mənə tərif edərək onu zirə suyu iləqatışdırıb içməyi əmr etdi. Onu düzəldib içəndən sonra qarnım bərkidi və sağaldım".

Dəvə südü
Peyğəmbər (s): "Dəvə südündə qarın ishalı üçün şəfa var".

Mətbəx     Baxılıb: 8446   Tarix: 10 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

turlar.az

sonxeber.az aksessuarlar makiyaj instagram sac duzumleri qrip xəstəliyi qonaq otagi dizayni 2024 qaraqoyunlu dərəsi hamiləlik və analıq kosmetika hakista qiz adlari novruz hakista orqazm qaynana hakista