"Röyanın badına getdim..." - Natavandan şok etiraf

"Röyanın badına getdim..." - Natavandan şok etirafMüğənni Natavan Həbibi qalmaqala səbəb olan açıqlamalar verib.

Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində şoumen Murad Dadaşov və müğənni Kərim Abbasovun onun ünvanına dediyi ittihamlara cavab verib.

Həbibi 9 ildir ki, küsülü olduğu və ötən həftə barışdığı Aygün Kazımova barədə maraqlı fikirlər səsləndirib, gizli məqamları açıb:

"Ümumi dostlarımı var, hamı istəyir ki, bizim münasibətimiz olsun. Bu gün biz bir məclisdəyik, bir masa arxasında oturacağıq. Münasibət səmimi olmalıdır. Biz ikimiz nə vaxt buna ürəkdən hazır olsaq, söhbət edəcəyik. İllərdir ki, bir-birimizi görmürük. Münasibət olacaqsa, dürüst olacaq. O, düşmən kimi mənə ləzzət edir. İnsan kişi kimi düşmən olmalıdır. "W-trio"nun vaxtında konsertlərimiz olub. Həmişə Aygün Kazımovanın yanında tək mən oturmuşam.

O, məni digər qrup üzvlərindən seçirdi. Həmin vaxtlar Aygünlə hər şeyi bölüşürdüm. Şəxsi həyatımdakı problemlər və s. A. Kazımova mənə məsləhət verirdi. Bizim belə söhbətlərimiz olub. Ona görə çaşıb qaldım, dedim ki, mən ona neynəmişəm? Kazımovanın Röya Ayxanla problemi olub. Elə bilib ki, mən ona qarşı pis münasibətdəyəm. Onların söhbətinin badına getdim, düşmənçilik boş şeydən başladı".

Natavan M.Dadaşovun "acığa işlər görür" deməsinə sərt reaksiya verib:

"Dadaşov haqqında, ümumiyyətlə, danışmayacam. Fikirlərimi onun üzünə deyəcəm. Belə bir kəlmə işlətdi: "Natavan özü olsa, biz onu sevəcəyik". Vaxt tapıb ona zəng vura bilmirəm ki, deyim ki, sən məni özümdə olmayan halda harda görmüsən? Murad, mən elə özüməm! Nə yaşayıramsa, doğrunu yaşayıram. Bilmirəm, sən kimin söhbətlərindən sonra belə bir nəticəyə gəlmisən. Mən nə yaşayıramsa, həqiqi yaşayıram. Deyir ki, kiminsə bəhsinə görə işlər görmüşəm. Kiminsə acığına iş görməmişəm, məni səhv salmayın. İldə iki mahnı oxuyuram, kiminsə acığına etsəm, 65-ni ifa edərəm. 35 yaşımda ailə qurmuşam. Acıqla hərəkət etsəydim, çoxdan evlənərdim. Hələ uşaq dünyaya gətirməmişdim. Onlar dediyi kimi olsaydı, çoxdan ana olardım. Nəin ki, Murad, bir çoxları...Niyə mənim taleyimi hər kəsə oxşatmaq istəyirsiz? Açıq-aşkar özüm göstərirəm ki, hər şey belədir. Başqa məna axtarırsız".

O, Kərim Abbasovdan küsmə səbəbini də dilə gətirib:

"Kaş ki, belə şeylər bacarardım, bic olub onlarrn yolunu kəsərdim.Mən Kərimi təbrik edirəm, Allah balasını saxlasın.İnşallah, böyüsün, əsl kişi olsun.Təzə bilmişəm ki, Kərimin oğlu var. Allaha and olsun ki, yeni bilmişəm. Amma, sən demə, oyunlarda iştirak etmişəm, Səidəni onun oğlunun ad günündə iştirak etməyə qoymamışam. Səidənin ağlı yoxdu? Publikaya işləyirsiz, xal qazanırsız. Yekə kişilərsiz. Bu alçaqlıqdır. Xüsusi ilə də kiminsə övladının xoş günündə belə şey etmərəm. Bilirdim ki, problem var idi, övladı çoxdan olmurdu. Yeni övladından xəbərim olmayıb. İndi bilmirəm mən pis dostam xəbərim olmayıb, ya o pisdir ki, mənə deməyib. Səmimi danışıram, ona görə içdən əsirəm. Elə qəlbi qara da özünsən. Kərimin üzünə demişəm ki, istifadə olunma! Səndən istifadə edən insan bilir ki, istifadə olunan insansan. Aygünü öpürəm, ağıllı qadındır. Şou-biznesin quran Aygün deyil? İndi Kazımovaya Kərim lazım idi?

Natavanın dostu olmasaydı... Getməyin, sizi mənə acıq vermək üçün çağrıblar. Kişinin qızına mikrofon uzatsam, deyəcək ki, düzdü, sənin acığına çağırmışam. Yandım, üzlərinə dedim ki, eləməyin belə, yanımda qalın. Mən ağıllı qadından, Aygün Kazımovadan danışıram, onun taktikalarını bilirəm. Bir-birimizi çox yaxşı tanıyıram. Natavan kinli deyil, ağıllıdır. Xarakterim, tərəfim var. Sənin ağlın var, yaxşı günə çıxarsan, satqın olmazsan. Qorxursuz, oyun oynayırsız. Allah qəlbimi yaxşı görür. Sizə maska taxtırıb, ağıllıdır. 2014-cü ildə Aygün Kazımovanın ad günündə TV-yə açıb baxdım. Ağlayırdım, amma gülürdüm də. Ad günü edir, mənim dostlarımı yığıb maska taxtırdı, dedi "busuz". Mən bunları görürəm"

Xəbərlər     Baxılıb: 1317   Tarix: 29 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

turlar.az

sonxeber.az yemek reseptleri gelinlikler donlar 2024 qadinlarda soyuqdeyme intim münasibətləri içki reseptləri qutab xemiri kosmetika layla bayatılar kurtlar vadisi haxista nagillar