Saçlarımızı ev şəraitində bərpa edirik

Saçlarımızı ev şəraitində bərpa edirikBəzi prosedurlar (saçların rəngləməsi, süni uzadılması və s.), saçlara düzgün olmayan qulluq, düzgün olmayan qidalanma, xroniki streslər saçları quru və cansız edir.
Qış aylarında saçlar xüsusilə əziyyət çəkir. Kondisioner, istilik sistemləri saçları daha da qurudur.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, saçların bərpa prosesini ilk növbədə düzgün qidalanmadan başlamaq lazımdır. Saçları daxildən qidalandırmaq çox vacibdir. Bu qaydaya əməl etmədikdə saçları bərpa etmək mümkün deyil. Qidalanmanıza daim meyvə-tərəvəz, göyərti, yarmaları, süd məhsulları, yumurta, yağlı olmayan ət, balıq daxil edin. Qızardılmış, yağlı, duzlu, hisə verilmiş, konservləşdirilmiş qidaları menyunuzdan xaric edin.
Saçların vəziyyətinə A vitamini çox müsbət təsir edir, onlara təbii parlaqlıq və yumşaqlıq verir. Kök, balqabaq, bolqar bibəri, ərik, qara ciyər, balıq yağı, yarmalar, kərə yağı bu vitaminlə zəngindir. Hər səhər "gözəllik salatı" yeyin: 1 dənə kök, 1 tikə balqabaq sürtgəcdən keçirilir, ərik qurusu və qara qavalı xırda doğranılır, üzərinə 1 çay qaşığı zeytun yağı əlavə olunur, yaxşı qarşdırılır. Salatı 30 dəqiqə ərzində masanın üzərində saxlayın (tərəvəzlər yumşalsın və şirə çıxsın) və sonra qəbul edin. Həm dadlı, həm də faydalıdır.
E vitamini də saçların vəziyyətini yaxşılaşdırır. Bu vitamin müxtəlif bitki yağlarında (zeytun, qarğıdalı, günəbaxan) çoxdur.
Kalsium (süd məhsulları), selen (balıq, çərəzlər), maqnezium (banan, darı yarması, soya), sink (qara ciyər, ət, lobya, qarabaşaq, yulaf yarması) kimi mikroelementlər saçların sağlamlığı üçün olduqca vacibdir.
Düzgün və xeyirli qidalanmadan əlavə mayenin qəbulu da çox vacibdir. İnsan lazım olan miqdarlarda maye qəbul etmədikdə onun saçları və dərisi quru olur. Bu səbəbdən gün ərzində 2 l maye qəbul etmək lazımdır. Bu adi təmiz su, kompotlar, ot çayları, yaşıl çay və s. ola bilər.
Beləliklə, saçların vəziyyətini yaxşılaşdırmaq üçün ilk növbədə düzgün və xeyirli qidalanmadan və mayenin kifayət miqdarda qəbuldan başlamaq lazımdır.
Həmçinin saçları xaricdən də qidalandırmaq lazımdır. Bunun üçün həftədə 2 dəfə bərpaedici maskalar etmək lazımdır.
Bu kimi maskalardan istifadə edə bilərsiniz:
- 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı ərik yağı, 1 dənə yumurta sarısı, 1 çay qaşığı bal yaxşı qarışdırılır və saçlara çəkilir. Daha sonra saçları sellofan plyonkaya, sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.
- 1 xörək qaşığı çaytikanı yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 çay qaşığı A vitamini və 1 çay qaşığı E vitamini (apteklərdə satılır) yaxşı qarışdırılır və saçlara çəkilir. Sonra saçları sellofan plyonkaya, daha sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.
- 1 çay qaşığı təzə mayanın üzərinə bir qədər ilıq su tökün və isti yerə qoyun. Maya qıcqırmağa başladıqda 1 yumurtanın sarısını, 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə edin və qarışdırın. Yuxarıda təqdim olunan maskalar kimi istifadə olunur.
- Yağla massaj da çox yaxşı kömək edir. Bir qədər gənəgərçək və ya ayıpəncəsi yağı buxarda qızdırılır (isti olmamalıdır!) və massaj hərəkətləri ilə baş dərisinə sürtülür. Massajı 10-15 dəqiqə etmək lazımdır.
Bunlardan əlavə xüsusi saçlar üçün olan vitaminləri qəbul etmək olar (vitaminləri həkim təyin etməlidir).
Düzgün qidalanma, mayenin kifayət qədər qəbulu, maskaların və massajın istifadəsi saçlarınızın vəziyyətini yaxşılaşdıracaq. Lakin səbirli olun, effekt 1 aydan sonra görünə bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 720   Tarix: 21 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az gozel gorunmek yaz geyimleri 2024 makiyaj instagram kişi sağlamlığı boy uzadan sufle resepti hakistalar kosmetika salam haxista qadin.az ariqlamaq intim munasibetler