Səbzi qovurma plov

Səbzi qovurma plovƏrzaqlar:Səbzi qovurma plov

5 st uzun düyü

500-600 q qoyun əti

3 dəstə kəvər, 1 dəstə ispanaq, 1 dəstə quzu qulağı,1 göy soğan,

1 dəstə keşniş, 1 dəstə şüyüd

2 ədəd baş soğan

4-5 x.q əridilmiş kərə yağı

7-8 ədəd albuxara

1 x.q zəfəran

Ç.q ucunda limon duzu

Duz

istiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Hazırlanması:

Əvvəlcə duyunu 4-5 dəfə yuyub suya qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Səbzi qovurma plovQoyun ətini balaça hisələrə bölüb yuyuruq. Əvvəlcə suyunu qaynadıb kəfini yığırıq sonra hazır olanadək bişiririk. Bişməyə az qalmış duz tökürük.

Səbzi qovurma plovBişmiş əti yağda qovururuq.

Səbzi qovurma plovSoğanın qabığını təmizləyib yuduqdan sonra dörd yerə bölüb nazik doğrayırıq.

Səbzi qovurma plovSoğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Səbzi qovurma plovQovrulmuş soğanı qovrulmuş ət ilə qarışdırıb 2-3 dəqiqə qovurub limon duzu və istiot vururuq. Albuxaranı yuyub əlavə edirik. Dəmlədiyimiz zəfəran şirəsindən tökürük.

Səbzi qovurma plovGöyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayıb qovurmanın üstünə əlavə edirik. Ətin bulyonundan 1/2 st yeməyə əlavə edirik. Göyərtinin özünün də suyu çıxacaq.

Səbzi qovurma plovSəbzi qovurma plovVam odda 20-25 dəqiqə bişiririk. Bişməyə az qalmış bir daha duzuna baxıb yeməyimizi odun üstündən götürürük.

Səbzi qovurma plovAdi qaydada düyünü yarım hazır vəziyyətdə duzlu suda bişirib aşsüzəndə süzürük. Düyünün üstünə dəmlədiyimiz zəfəran şirəsindən tökürük.

Səbzi qovurma plovQazanın dibinə az yağ töküb əridirik.

Səbzi qovurma plovQatığı yumurta ilə qarışdırıb qazanın dibinə az düyü töküb onun üstünə tökürük.

Səbzi qovurma plovDüyü ilə qatıq qarışığını qazanın dibinə 1 sm hündürlükdə bərabər yayırıq.

Səbzi qovurma plovQalan düyünü qazmağın üstünə töküb üstünə yağ əlavə edib dəm almağa qoyuruq. Qazanın qapağına dəsmal qoyuruq aş dəm alanda suyu içinə tökülməsin. Plov 1 saata dəm alacaq.

Səbzi qovurma plovPlov hazır olanda düyünü qaba təpəcik şəklində yığıb üstünə qazmaq qoyub qaynar yağ tökürük. Səbzi qovurmasını başqa boşqaba yığıb düyünün yanında süfrəyə veririk.

Səbzi qovurma plovNuş olsun!

Mətbəx     Baxılıb: 3923   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

turlar.az

sonxeber.az gözəllik məhsulları yay geyimləri 2024 sac duzumleri sizanaqlara qarsi vasite mantı reseptleri dəbli bloq sahibələri berguzar korel kosmetika novruz hakista burclerin uyumu qiz evi ucun veten haqqinda atalar sozleri video