Squşonka ilə sadə piroq

Squşonka ilə sadə piroqTərkib:
- 1 st. un
- 50 q şəkər tozu
- 100 ml süd
- 4 yumurta
- 1 banka bişmiş qatılaşdırılmış süd (bişmiş squşonka)
- 2 ç.q. qabartma tozu
- 50 q kişmiş
- 1 st. qoz ləpəsi
Hazırlanması:
1. Bişmiş qatılaşdırılmış südün 2/3 hissəsini ləyənə tökün. Yumurta və şəkər tozunu əlavə edib mikserlə çalın. Qabartma tozu ilə qarışdırılıb ələnmiş un qataraq eynicinsli xəmir hazırlayın.
2. Qozu iri doğrayın. Qozun yarısını və kişmişi xəmirə əlavə edib qarışdırın.
3. Xəmiri yağlanıb içinə perqament döşənmiş formaya tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin.
4. Bu müddətdə qatılaşdırılmış südün qalanını və südü bir qazana töküb ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək qarışdıraraq bişirin.
5. Hazır piroqu formadan çıxarmadan, isti-isti qaynar kremi üzərinə çəkin. Qoz səpin. 2 saat otaq temperaturunda saxlayın.
Nuş olsun!
Milli.Az

Mətbəx     Baxılıb: 10342   Tarix: 28 may 2019
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

turlar.az

sonxeber.az geyim və ayaqqabılar toy gecesi aksessuarlar gozlerin bezenmesi valideynə məsləhət manqal salati əlibala hacızadə kosmetika hekaye janri novruza aid haxisdalar həmidə burclerin uygunlugu