Surroqat analıq: gəlirli bir iş, yoxsa reproduksiyaya töhfə?

Surroqat analıq: gəlirli bir iş, yoxsa reproduksiyaya töhfə?Bir qadının təkbaşına uşaq dünyaya gətirə bilməyəcəyi vəziyyətlər olur. Belə hallarda evli cütlüklər bir uşağın genetik olaraq yad olan surrogat ana tərəfindən doğması üsuluna müraciət edə bilərlər.
Surroqatlıq köməkçi reproduktiv texnologiyalara aiddir və eyni anda üç şəxsin konsepsiyada iştirak etməyini nəzərdə tutur. Birinci - genetik atadır, döllənmə üçün sperma verən və uşaq dünyaya gəldikdən sonra atalığını tanımaq üçün razılaşan şəxsdir. İkinci tərəf - yumurtasını mayalandırma üçün təslim edən və uşaq doğulduqdan sonra ana kimi davranmağa razı olan genetik anadan danışırıq. Üçüncüsü, prosedur, bir qayda olaraq, kompensasiya əsasında genetik valideynlər üçün  uşağın bətnində böyütməsinə və sonra doğulmasına razılıq verən doğuş yaşında bir qadın ola biləcək surroqat ananın özünü əhatə edir.
Bu üsul embrionun evli bir cütlüyün yumurtasından və spermasından əldə edilməsindən ibarətdir, ancaq uşağı dünyaya gətirmək üçün başqa bir qadın, surroqat ana məsuliyyət daşıyır.  Surroqat ananın daşıdığı uşaqla genetik bir əlaqəsi yoxdur və buna görə də ona heç bir xüsusiyyətini, məsələn dərinin, gözlərin, saçın rəngini ötürə bilmir. Bir surroqat ana üçün əsas tələb fiziki sağlamlıq və qəbul edilən rola məsuliyyətli münasibətlə ifadə olunur. Doğuşdan dərhal sonra uşağı bioloji valideynlər götürür.
KİM Surroqat ANA OLA BİLƏR?
Tanış və ya anonim bir qadın surroqat ana roluna girə bilər. Ön şərtlər arasında ən az bir uşağınızın olması da var. Bundan əlavə, surroqat ananın sağlamlığı qaydasında olmalı və yaşı 35-dən çox olmamalıdır. Başqa bir tələb - surroqat ananın yumurtasından mayalanma üçün istifadə oluna bilməz.
Ancaq ekstrakorporal mayalandırma (EKM) kimi yeni texnologiyanın ortaya çıxması, mədəni xüsusiyyətlərin formalaşması və daha gec yaşda uşaq sahibi olma meyli sayəsində son illərdə surroqat analıq hadisələrinin sayı kəskin şəkildə artmışdır.
Son iyirmi il ərzində belə hadisələr qloballaşdı.Hazırda bu şəkildə dünyaya gələn uşaqların sayı ilə bağlı dəqiq bir məlumat yoxdur, amma hələ 2012-ci ildə analıq sənayesinin 6 milyard dollar təşkil etdiyi təxmin edilirdi.
Təkcə İngiltərədə surroqat ana tərəfindən uşağın valideynlərə verilməsinə dair rəsmi sifarişlərin sayı yeddi ildə üç dəfə artmışdı. 2011-ci ildə bu say 121 idisə, 2018-ci ildə 368-ə qalxmışdı. Lakin surroqat analıq müqavilələrinin əsl sayı daha çox ola bilər, çünki belə danışıqlarda bəzən hüququ sənədləşmə aparılmır.
Surroqatlığın iki növü vardır: başqa bir qadının döllənmiş yumurtasının surroqat ananın uşaqlığına yerləşdirilməsi və ənənəvi surroqat ananın yumurtasının döllənməsi( bu üsuldan daha çox homoseksual cütlüklər yararlanır).
Bu texnologiya sayəsində təbii olaraq uşaq sahibi ola bilməyən insanlara valideyn olmaq şansı verilir. Eyni zamanda, uzun və son dərəcə çətin bir övladlığa götürmə prosesi ilə məşğul olmağa ehtiyac qalmır.
Bu üsul ilk tətbiq edildiyində həddindən artıq çəkişmələrlə keçir, bu səbəblə ölüm sayı artırdı. Məsələn, körpə Qumminin hekayəsi bütün dünyanı şoka salmışdı. Körpənin doğulmasını sifariş edən cütlüyün oğlu Daun sindromu ilə dünyaya gəldiyi üçün Tailandda buraxdıqları, ancaq sağlam əkiz bacısını Avstraliyaya apardıqları bildirilirdi.
Məhkəmə daha sonra uşağın atılmamasına qərar versə də, lakin valideynlərdən birinin keçmişdə uşaqlara qarşı seksual cinayətlərdə dəfələrlə günahkar olduğu aydınlaşmışdı. Bu, surroqat uşaqların qorunmasının zəruriliyi barədə müzakirələrə səbəb olmuşdu.
Bu cür uşaqların müdafiəsini təmin etməklə yanaşı, surroqat anaların vasitəçilər tərəfindən istismar edilməsi və onların qeyri-insani şəraitdə istismarı haqda danışılmağa başlandı.
Pul mükafatı
Surroqatlıq üçün maddi cəhətdən təminatsız və sosial cəhətdən həssas olan qadınlar tez-tez pul mükafatları ilə  aldanırlar. Məsələn, Ukraynada bir surroqat ana 20 min dollara qədər qazana bilər ki, bu da ölkənin orta illik əmək haqqının təxminən səkkiz mislidir.
Lakin əksər hallarda qəyyumluq qaydaları ən kiçik şəkildə pozulduqda və ya hamiləlik düşük ilə nəticələndiyi təqdirdə surroqat analara qarşı pis rəftar hekayələri də vardır. Qadınların mümkün istismarı ilə bağlı narahatlıqlar bəzi ölkələri surroqatlıq proqramlarını tamamilə qadağan etməyə məcbur etdi. 2018 -ci ildə BMT "kommersiya surroqatlıq - ümumiyyətlə, uşaq satmağa bərabərdir" bəyanatını verdi.
Tibbi turizm
Surroqat analıq qaydalarını tənzimləyən qanunların ölkədən-ölkəyə fərqləndiyini qeyd etmək olar. Bu istiqamətdə tarixə, mədəniyyətə və sosial uyğunluğa görə idarə oluna bilən qaydalar yaranmışdır..
Almaniya, Fransa, Norveç,İsveç, Etoniya ölkələrdə surroqat analıq özünə hörmət hissini boğduğu üçün qadından məqsədli şəkildə istifadə olunduğuna inanılır. Buna görə də orada surroqatlıq qadağandır.
İngiltərə, Niderland kimi digər ölkələrdə surroqatlıq bir qadından digərinə hədiyyə olaraq görülür və yalnız təmənnasız olaraq icazə verilir. Ukrayna, Rusiya və Kaliforniya da daxil olmaqla ABŞ -ın bəzi əyalətlərində surroqat analıq xidmətlərinin satışına icazə verilir. Bunun səbəbi bir qadının surroqat ana olmaq istəməyinə qərar vermək hüququnun olmasıdır. Keniya və Nigeriya kimi bəzi ölkələrdə surroqat analıq qanunla tənzimlənmir.
Qanunvericilikdəki bu fərqlər səbəbiylə surroqatlıq tibbi turizmin populyar bir növünə çevrildi.
Müəyyən bir ölkədə surroqat analıq qadağandırsa (və ya əhəmiyyətli məhdudiyyətlər varsa), uşaq sahibi olmaq istəyənlər qanunların daha yumşaq olduğu və ya bu prosesin heç bir şəkildə tənzimlənmədiyi yerlərə üz tuturlar.
Son zamanlar Hindistan, Tailand, Kamboca və Nepal kimi ölkələr xüsusi populyarlıq qazanmışdı. Bu dövlətlərin səlahiyyətliləri vətəndaşlarının istismar edilməsindən qorxduqları üçün bu cür klinikaları bağlamaq qərarına gəldilər. Ancaq belə bir klinika bağlandıqda dərhal onun yerinə yenisi görünməyə başlayır.
Qadağa mənəvi, əxlaqi və hüquqi aspektlərə əsaslanır.Bəzi ölkələrdə -Finlandiya, İspaniya, Yunanıstanda birbaşa qadağa olmasa da, hüquqi dəstək də yoxdur. Deməli, müqavilə bağlansa belə, qanuni güc olamayacaq.
Bəzi postsovet ölkələrində - Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstanda surroqatlıq qanuniləşdirilib.
Hüquqi çətinliklər
Kasıb ölkələrdə qadınların istismar riski və uşaqlara əmtəə kimi baxılması ilə bağlı etik məsələlərin olduğu aydındır. Tibbi turizm də bu səbəbdən hüquqi çətinliklərlə üzləşə bilir.
Surroqat ananı qanuni valideyn hesab edən ölkələr olsa da, uşaqların dünyaya gəldiyi andan müştərilərin valideyn hesab edildiyi ölkələr də vardır. Uşağın vətəndaşlığı olmadıqda çətin vəziyyət yarana bilər, çünki heç bir ölkə onu vətəndaş olaraq tanımır. Əksər ölkələrdə uşağın rifahı birinci prioritet hesab olunur. Bu o deməkdir ki, səlahiyyətlilər istismar ehtimalına göz yumaraq müqaviləni çox zaman qəbul etməli olurlar.
Ölkələr arasında müqavilələr
Beynəlxalq xüsusi hüquq üzrə Qaaqa konfransı dövlətlər üçün xaricdə doğulan uşaqlar üzərində valideynlik hüquqlarının tanınması ilə bağlı danışıqlar aparan beynəlxalq qaydada qanunların yaradılmasını nəzərdən keçirir.
Lakin bu məsələyə yanaşmada əhəmiyyətli fərqlər olduğu üçün ölkələr arasında konsensus tapmaq çətinlik yarada bilir.
Surroqat analıq etməyi qadağan edən və ya məhdudlaşdıran ölkələrin buna icazə verən bir müqavilə imzalaması ehtimalı azdır. Əksinə, buna icazə verən ölkələr məhdudiyyətləri qəbul etmək istəmirlər. Əslində, səlahiyyətlilər çətin bir vəziyyətlə qarşı - qarşıyadırlar: qlobal surroqat analıq bazarı fərqli dövlətlərin qanunlarindaki fərqlər səbəbindən böyümüş, ancaq bu fərqliliklər səbəbindən mövzunu təsirli şəkildə tənzimləyə bilməmişlər.
Surroqatlıq uşaq sahibi ola bilməyən valideynlər üçün ümid yeridir, eyni zamanda, sosial cəhətdən həssas insanların istismarına şərait yaradan üsuldur.
Surroqat analığın populyarlığı artdıqca bu hüquqi və etik məsələlərin daha da aktuallaşacağı hiss olunur.
Hira Abbey
Milli.Az

Xəbərlər     Baxılıb: 693   Tarix: 01 yanvar 2024
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

turlar.az

sonxeber.az yemek reseptleri gelinlikler donlar 2024 qadinlarda soyuqdeyme intim münasibətləri içki reseptləri qutab xemiri kosmetika layla bayatılar kurtlar vadisi haxista nagillar