Uşaqda qarın ağrısı, qusma varsa... - VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Uşaqda qarın ağrısı, qusma varsa... - VALİDEYNLƏRƏ ÇAĞIRIŞQasıq yırtığı nədir?
Qasıq yırtığı valideynlər arasında daha çox "qrıja" termini ilə tanınır.
Qasıq yırtığı uşaq ağladıqda, qışqırdıqda, öskürdükdə və ya oynayarkən qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq qızlarda qasıq, oğlanlarda isə qasıq-xayalıq bölgəsində findıq, qoz, yumurta və ya daha böyük ölçüdə şişkinliyin qeyd edilməsi ilə özünü büruzə verir. Adətən bu şişkinlik uşaq sakitləşdikdə və ya şişkinliyin üzərinə əllə yüngül təzyiq etdikdə qarın boşluğuna qayıdaraq aradan qalxır.
Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbi
Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbini başa düşmək üçün mütləq bətndaxili dövrdə xayanın xayalığa enmə prosesini nəzərdən keçirmək lazımdır.
Belə ki, bətndaxili dövrdə qarın boşluğundan ayrılan peritonun yataq çıxıntısı (processus vaginalis) adlandırdığımız struktur qızlarda qasıq kanalının formalaşmasına kömək edir, oğlanlarda həm də xayanın xayalığa enməsi üçün yol açır. Xaya açılan bu yolla xayalığa endikdən sonra isə peritonun yataq çıxıntısı obliterasiyaya uğrayır, yəni bağlanır. Daha sadə dillə desək, bətndaxili dövrdə qarın boşluğu ilə qasıq bölgəsi arasında bir yol olur və xaya xayalığa endikdən sonra bu yol bağlanır. Hamiləlik dövründə dölə təsir edən hər hansı daxili və ya xarici amillərin təsirindən normalda bağlanmalı olan bu yol bağlanmır və uşaq anadan olduqdan sonra qarındaxili orqanlardan nazik və yoğun bağırsaq ilgəkləri, böyük piylik, qız uşaqlarında həm də yumurtalıqlar bu yoldan keçərək qızlarda qasıq, oğlanlarda isə qasıq və xayalıq nahiyəsində sişkinliyin əmələ gəlməsi şəklində özünü büruzə verir ki, buna da qasıq yırtığı deyilir.
Rast gəlmə tezliyi
Vaxtında doğulmuş uşaqlarda bu patologiya 3-5% hallarda, vaxtından əvvəl (yarımçıq) doğulan uşaqlarda isə 10-30% hallarda rast gəlinir. Uşaqlarda rast gəlinən qasıq yırtıqlarının demək olar ki, hamısı anadangəlmədir. Oğlanlarda qız uşaqlarına nisbətən daha çox rast gəlinir. Uşaqlarda 60% hallarda sağ tərəfli, 30% hallarda sol tərəfli, 10-20% hallarda isə ikitərəfli qasıq yırtığına rast gəlinir. Sağ tərəfdə daha çox rast gəlmə səbəbi qarın boşluğu-xayalıq arasındakı yolun (processus vaginalis) sağ tərəfdə daha gec bağlanmasıdır. Klinik əlamətlər 30% hallarda 6 aydan öncə, 90% hallarda isə 2 yaşdan əvvəl özünü büruzə verir.
Kliniki əlamətləri
Bu xəstəlik qızlarda qasıq, oğlanlarda isə qasıq və ya xayalıqda şişkinliyin olması ilə özünü büruzə verir. Mütəmadi olaraq bu nahiyələrdə şişkinlik əmələ gəlir, öz-özünə və ya üzərinə əllə yüngül təzyiq etdikdə aradan qalxır.
Qasıq yırtığının diaqnozu
Uşaqlarda qasıq yırtığının diaqnozu ilk olaraq diqqətli valideyn tərəfindən qoyulur. Belə ki, Həkimə müraciət edən valideyn uşağın qasıq bölgəsində ara-sıra şişkinliyin olmasını və bu şikayətlə həkimə müraciət etdiyini deyir. Həkim müayinəsi zamanı diaqnoz körpə uşaqlarda qasıq nahiyəsini işarət barmağı ilə yoxladıqda yırtıq kisəsinə məxsus qalınlaşmanı hiss etməklə və ya böyük yaşlı uşaqlarda ayaqüstü müayinə zamanı uşaq gücəndikdə və ya öskürdükdə qasıq nahiyəsində şişkinliyin əmələ gəlməsi ilə təsdiqlənir. Yırtıq diaqnozunun qoyulması adətən çətinlik törətmir, ehtiyac olarsa, şübhəli hallarda ultrasonoqrofiya (UZİ) müayinəsindən istifadə edilir.
Fəsadları
Qasıq yırtığının ən təhlükəli vəziyyəti onun "boğulmasıdır".
Qasıq yırtığının boğulması nədir?
Qasıq yırtığının boğulması yırtıq möhtəviyyatını təşkil edən qarındaxili orqanların qasıq kanalında sıxılmasıdır. Bu zaman qasıq nahiyəsində əmələ gələn şişkinlik bərk və gərgin olur, əllə təzyiq etdikdə öz yerinə qayıtmır. Buna səbəb qasıq kanalının xarici dəliyindən çıxan yırtıq möhtəviyyatının (yoğun və nazik bağırsaq ilgəyi, böyük piylik, qız uşaqlarında  yumurtalıq) burda (qasıq kanalının daxili və xarici həlqəsində) sıxılması nəticəsində ödəmləşməsi və geriyə qayıda bilməməsidir. Bu zaman uşaqda qarında ağrı, ağlama, qusma və ümumi narahatçılıq halları qeyd edilir. Sıxılma nəticəsində yırtıq möhtəviyyatını təşkil edən orqanlarda qan dövranı pozğunluğu əmələ gəlir, bu hal təcili olaraq aradan qaldırılmarsa bu, orqanların zədələnməsinə (qanqrenasına) gətirib çıxardır. Qız uşaqlarında yırtıq möhtəviyyatını həm də yumurtalıq təşkil edə bildiyindən daha çox ehtiyatlı olmaq lazımdır. Uşaqlarda boğulmuş qasıq yırtığının 2/3 hissəsi 1 yaşa kimi rast gəlinir. Uşağın yaşı nə qədər azdırsa, boğulma riski də bir o qədər çoxdur. Belə ki, yaşamın 6 ayına kimi yırtığın boğulma riski 30% təşkil edir. Körpə uşaqların 50%-də qasıq yırtığının ilk simptomu onun boğulması ilə özünü büruzə verir. Qız və oğlan uşaqlarında yırtığın boğulma riski bir-birinə yaxın olub oğlanlarda 13%, qızlarda isə 17% təşkil edir. Sağ və ya sol tərəfdə boğulma riski isə demək olar ki, eynidir.
Uşaqlarda qasıq yırtığı boğulmasının simptomları
Boğulmanın simptomları qarında ağrı, qusma, ağlamadır. Bu zaman qasıq nahiyəsində sərt və gərgin törəmə (şişkinlik) qeyd edilir. Şişkinliyin üzərindəki dəri hiperemik (qızartılı) və ödemlidir. Uşaqda qusma, törəmənin üzərinə əllə təzyiq etdikdə kəskin ağrı, ümumi narahatçılıq qeyd edilir və yırtıq möhtəviyyatını qarın boşluğuna salmaq mümkün olmur.
Qasıq yırtığının boğulması zamanı nə etməli?
Boğulma zamanı mütləq, təcili olaraq həkimə-uşaq cərrahına müraciət etmək lazımdır. 80-90% hallarda boğulma zamanı həkimə vaxtında müraciət olarsa, bu fəsadı aradan qaldırmaq olur və qarındaxili orqanlarda heç bir zədələnmə qeyd edilmir. Uşaq cərrahı tərəfindən yırtıq möhtəviyyatı qarına salına bilinmirsə, yəni boğulma aradan qalxmırsa və ya boğulmadan uzun müddət keçmişsə, xəstəyə təcili olaraq əməliyyat təyin olunur. Nəzərə almaq lazımdır ki, boğulmadan 6 saatdan çox vaxt keçərsə, qarındaxili orqanların sıxılma dərəcəsindən asılı olaraq, bu orqanlarda qan dövranı pozğunluğu, qanqrena və ya nekroz əmələ gələ bilər. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır.
Qasıq yırtığının müalicəsi
Qasıq yırtığının müalicəsi yalnız və yalnız cərrahi üsulladır. Uşağın böyüməsini gözləmək, bandajlardan istifadə etmək və ya öz-özlüyündə qasıq yırtığının bağlanması mümkün deyil.
Əməliyyat - herniotomiya
Yüksək anasteoloji xidmətlər sayəsində yırtığın ləğvi əməliyyatı - herniotomiya uşağın 6 aylığından sonra planlı şəraitdə icra edilir. Əməliyyat açıq və ya laparoskopik icra edilə bilər. İkitərəfli yırtıqlar zamanı laparoskopik əməliyyata daha çox üstünlük verilir. Həm açıq, həm də laparoskopik əməliyyatın mahiyyəti qarın boşluğu və xayalıq arasındakı yolu (processus vaginalis) bağlamaqla yırtığın ləğvindən ibarətdir. Əməliyyat kosmetik şəraitdə  0.5-1.5 sm-lik kəsiklə aparılır. Əməliyyatdan 5-6 saat sonra xəstə evə yazılır.
Yırtığın boğulma halı olduqda və boğulmanı aradan qaldıra bilmədikdə uşağın ayından və yaşından asılı olmayaraq təcili cərrahi əməliyyat icra olunmalıdır. Əməliyyat zamanı ilk olaraq sıxılmış orqanın həyat qabiliyyəti yoxlanır (oğlan uşaqlarında boğulma zamanı xaya damarları da sıxıldığından xaya da yoxlanılır), əgər bir problem aşkarlanmazsa, orqan qarın boşluğuna salınaraq yırtığın ləğvi - herniotomiya əməliyyatı icra edilir. Yırtıq möhtəviyyatını təşkil edən orqanda qanqrena qeyd edilərsə, bu, həmin orqanın çıxarılması ilə nəticələnir.
Valideynlər nəyə diqqət yetirməlidirlər?
Uşağa qasıq yırtığı diaqnozu qoyulubsa və ya valideyn uşaqda qasıq yırtığı qeyd edibsə, xüsusən, körpə uşaqlarda bu, nəzərə alınmalı və əgər uşaqda narahatçılıq, ağlama, qusma halları qeyd edilərsə, mütləq ilk olaraq uşaq soyundurulmalı və qasıq bölgəsi yoxlanmalıdır. Əgər qasıq nahiyəsində şişkinlik qeyd edilərsə, əllə üzərinə yüngül təzyiq etməklə şişkinliyin keçməsinə çalışmaq lazımdır. Bu, mümkün olmadıqda təcili olaraq uşaq cərrahına müraciət etmək lazımdır. Qeyd olunan əlamət yırtığın boğulma əlaməti olub, mütləq aradan qaldırılmalıdır. Əks halda bu, yırtıq kisəsində sıxılan orqanın zədələnməsinə səbəb ola bilər.
Əgər uşaqda qasıq yırtıq qeyd olunubsa, valideyn əməliyyat vasitəsilə yırtığın aradan qaldırılmasına qərarlaşmalıdır. Əgər uşaqda əlavə problem qeyd edilmirsə, 6 aylıqdan sonra bu əməliyyat planlı şəraitdə icra edilə bilər. Və ya valideyn ola bilər körpə vaxtı uşaqda qasıq yırtığının olmasını bilməyib, bunu ancaq böyük yaşlarda (1-5 və ya daha böyük yaşlarda) qeyd etsin bu zaman da əməliyyatın gecikdirilməsi məsləhət görülmür. Ümumiyyətlə, 6 aylıqdan sonra uşaqda nə vaxt qasıq yırtığı qeyd edilərsə, o zaman da planlı şəraitdə əməliyyat vasitəsilə aradan qaldırılması məsləhət görülür.
Murad Əlibəyov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1035   Tarix: 04 yanvar 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

turlar.az

sonxeber.az kosmetik vasiteler toy gecesi aksessuarlar intim pozalar türk şirniyyatları siqaret tergitmeyin asan yolu 2024 yay paltarlari kosmetika bedii edebiyyat badambura novruza aid tapmacalar