Uşaqlar üçün ziyanı olan əsas 5 MƏHSUL

Uşaqlar üçün ziyanı olan əsas 5 MƏHSULUşağınızın qida rasionunda bir sıra ərzaq qruplarının daxil edilməsi çox önəmli və olduğu kimi müəyyən ərzaqlar da vardır ki, onların uşaqlara verilməsindən yayınmaq qəti şəkildə tövsiyyə olunur.
Bu ərzaqlarla yaxından tanış olaq:
Şəkər
Şəkər immun sisteminin əsas zəiflədicisi olduğuna görə, şəkər immun stimullaşdırıcı (artırıcı) qida rasionuna daxıil edilməməlidir.  Hətta 100 qram miqdarında şəkər immun sistemini 50%-dək zəiflətməkdədir. Amerika Klinik Qidalanma jurnalı hələ 1973-cü ildə şəkərdən istifadədən yarım saat  sonra immun sistemini zəiflətmə effektinin yaranmasını və bu effektin beş saata qədər davam etməsini artıq məruzə etmişdi. Saxarozanın (ağ şəkər) istənilən qidalandırıcı  maddələrdən məhrumdur.
Bundan əlavə, şəkərin həzmi üçün vacib qidalandırıcı maddələr tələb olunur ki, bu da  uşağın orqanizmində olan qidalandırıcı elementlərin istehlakına səbəb olur. Şəkər müxtəlif gizli formada mövcud olduğundan savayı, həmçinin məxsusən uşaqlar üçün hazırlanmış hazır qida məhsullarının tərkibində var. Əksər uşaq ərzaq istehsalçıları qida  məhsullarında şəkərdən istifadə edir.
Baby Organix tək bir uşaq ərzaq istehsalçısıdır ki, şəkərdən istifadə etmir. Körpəlik mərhələsindən  hər hansı xüsusi istehsal olunmuş və satışda olan uşaq qidası adı ilə buraxılmış məhsullardan uzaq olmaq lazımdır. 2000-ci ilin may ayında çap olunmuş Ərzaq Komissiyasının hesabatı ilə 357 test edilmiş uşaq ərzaqlardan  57%-da yüksək səviyyədə şəkər aşkar olunub.
Yoqurt növlərinin əksəriyyətinin bir porsiyasında 5 çay qaşığı şəkər var. Mağazalarda məhsulların etiketini oxuduqda 1 çay qaşığı 4 qram şəkərə bərabə olduğunu unutmayın. Bunu bilərək, siz asanlıqla məhsulda neçə çay qaşığı şəkər olduğunu hesablaya bilərsiniz və bu daha düzgün məhsul seçiminizə təsir göstərəcək.
Gizli şəkər hansılardır?
Məhsullarının üzərindəki yazıları diqqətlə oxuyun: saxaroza, qlükoza, şəkər siropu, maltoza, dekstroza, laktoza, bal, qızıl siropu, qarğıdalı siropu, bəhməz, hidrolizə edilmiş nişasta, fruktoza, qatılaşdırılmış meyvə şirəsi.
Duz
Ərzaq Komissiyasının hesabatına görə 46% test olunan uşaq ərzaqlarının tərkibində duzun miqdarı normadan artıqdır. Əslində uşaq qidasına duzun əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi verirlər. Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş qidalardan istifadə etməməlidirlər.
Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman tamam ilə itirilmiş olur. Həddindən artıq duzdan istifadə gələcəkdə ürək-damar xəstəliklərinə səbəb bilər.  Uşağın immun sisemini və onun sağlamlığını qorumaq üçün məhsulların üzərindəki tərkib yazılarına diqqətinizi yönəltməlisiniz.
Hidrogenasiyalaşdırılmış yağ
Hidrogenasiya prosesindən duru yağın kimyəvi quruluşuna təsir göstərərək onu maye halından  bərk  və ya yarım bərk hala-margarinə döndərmək üçün istifadə edilir. Bu proses yüksək temperatur və təziq altında həyata keçirildiyindən yağın strukturuna xələl gətirir və qida dəyərini məhv edir. Bu yağ növləri vacib yağ turşularının orqanizmdə metabolizminə mane olur.
Hidrogenasiyalaşdırılmış yağ yalnız marqarinin tərkibində deyil, həmçinin dükanlarda satılan qurabiyə (peçenya), biskvit məmulatları, krekerlər, piroq və digər qənnadı məmulatlarının tərkibində var.
Kaffein
Bir çox insan hesab edir ki, kaffein qəhvənin tərkibindəki mövcud olan arzuolunmaz maddələrdən biridir. Lakin bu maddə həmçinin qara və yaşıl çayda, qəhvədə, şokolad və şokolad içkiləri və Kola kimi qazlı içkilərinin tərkibində də var. Kaffein – güclü oyadıcıdır. O həm də, uşağın immun sistemi üçün vacib və lazımlı olan  vacib maddələrin əldə edilməsinə mane olan güclü anti-qidalandırıcı maddədir. 1995-ci ildə aparılan Məktəbəqədər Uşaqlar üçün Pəhriz və Qidalanma sorğusuna görə dörd yaşına çatmamış uşaqların üçdə biri çay içir.
Əgər sizin yeniyetmə və hətta daha kiçik övladlarınız müəyyən formada kaffeinə istənilən formada aludə olubdursa, bəzi sadə dəyişikliklər etməyə çalışın. Qazlı kaffeinli içkiləri karbonatlı meyvə tərkibli içkilərə, çay və ya qəhvəni dekaffeinləşdirilmiş variantlarla əvəz etməyə çalışın və tədricən tamamən onları qidanızdan çıxarın. Adətən zərərli məhsulları alternativ sağlam maddələri əlavə etmək zərərlilərdən tamamən can qurtarmaq üçün daha asan və daha faydalıdır. Yeniyetmələr üçün müxtəlif növ meyvəli çaylar əldə etməyə çalışın. Qaynar qara qarağat çayı və zövqə görə əlavə edilmiş bal çox xoşdur. İsti yay günlərində 3 çay paketi qara qarağat götürün və yarım saat qaynar suda dəmliyib soyudun. Zövgə görə bal və xırdalanmış buz kubları əlavə edin.
Qida Əlavələri
Emal edilmiş məhsulların istifadəsindən yayınmaqla siz kimyəvi əlavələrin hücumundan uşağınızın bədənini xilas edəcəksiniz. Əlavələrə aiddir: boyalar, tamlaşdırıcılar, emulqatorlar, stabilizatorlar, qatlaşdırıcılar, süni şirinlədirici maddələr, konservantlar, dad gücləndiriciləri, qlazur agentləri və müxtəlif əlavələr. Onlar yeməyin yaxşı görünməsi üçün, xoş dadlı olması üçün və uzun müddət xarab olmaması üçün nəzərdə tutulmuş. Qanuni cəhətdən bizim yeməyimizə daxil edilə biləcək təxminən 400 növ əlavələr mövcuddur, lakin istifadə etdiyimiz ərzaqların tərkib siyahısında qeyd olunmayan 3500 növ maddələr daxil edilir .
Bu əlavələr uşağın immun sisteminə xüsusilə, əsas detoksifikasiya funksiyası daşıyan qara ciyər üçün əlavə narahatlığa və yükə səbəb ola bilər.
Xüsusən körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida məhsullarına qida əlavələri daxil edilməməlidir. Lakin, məhz bu ərzaq və içkilər qadağan edilmiş qida əlavələri ilə doludur. Bu məhsullara aiddir: dadlı qəlyanaltılara, qazlı içkilər, çipslər, puddinqlər, kolbasalar, balıq çubuqları, dondurma və konfet aiddir. Aşağıdakı məhsulların istifadəsini azaltmaqla və ya tamamən dayandırmaqla qida əlavələrinin zərərindən yayına bilərsiniz:
- Kolbasa və sosis məmulatları.
- Hazır şirələr və meyvə içkiləri.
- Konservləşdirilmiş hazır məhsullardan çəkinin, çünki onların tərkibində saxlanma müddətini artırmaq üçün müxtəlif əlavələr mövcuddur.
- Yarımfabrikat məhsullar.
Ərzaqları təbii halına daha yaxın formada yeyin. Məsələn, sobada bişmiş toyuq, toyuq naqqetlərindən qat-qat faydalıdır.
Mənbə: Lucy Burney "Boost your childs immune system" kitabı
Tərcümə edən: Aytən Məmmədova
Mənbə: Vib.az

Mətbəx     Baxılıb: 1742   Tarix: 22 may 2019
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

turlar.az

sonxeber.az qis geyimləri 2024 donlar 2024 makiyaj instagram pul kisəsi gilasın faydası balqabaq tumu yay donlari kosmetika haqisda arxadan olmag birlik haqqinda oğlaq gözəllik