Üzdəki sızanaqları, ləkələri və çapıqları aradan qaldıran MÜKƏMMƏL EFFEKTLİ QARIŞIM!

Üzdəki sızanaqları, ləkələri və çapıqları aradan qaldıran MÜKƏMMƏL EFFEKTLİ QARIŞIM!Sızanaqlardan və sızanaq izlərindən xilas olmaq elə də çətin deyil. Limon bu işi bir az da asandırır.

Limon mikrobları öldürür, dərini möhkəmləndirir və dərinin toksinlərdən təmizlənməsinə kömək edir. Bütün bunlar yeni sızanaqların yaranmasının qarşısını almağa təsir edir.

Qadinsayti.az Tabloid.az-a istinadən limonla hazırlanan, dəri hüceyrələrini yeniləyən və dərini xarici faktorlardan qoruyan 5 möhtəşəm maska reseptini təqdim edir:

1.Maska

Tərkibi:

1 ədəd limonun suyu

1 çay qaşığı uşaq pudrası

1 ədəd mineral su

Hazırlanması və tətbiqi:

Pudranı bir kasaya töküb limon suyunu əlavə edin. Kremə oxşar qatı olmayan qarışıq əldə etməyə çalışın.

Maskanı, istəsəniz, təkcə sızanaqlarınızın üzərinə və ya bütün üzünüzə çəkin. 10 dəqiqə sonra üzünüzü yuyun. Bu zaman mineral sudan istifadə edin.

Bir neçə gün ard-arda bu maskanı tətbiq etdikdən sonra sızanaqlara vida edəcəksiniz.

2.Maska

Tərkibi:

1 yemək qaşığı limon suyu

2 yemək qaşığı bal

Hazırlanması və tətbiqi:

Limon suyu və balı qarışdırıb bir müddət qaynadın. 3-5 dəqiqə sonra ocağın üzərindən götürüb ilıq hala gəlməsini gözləyin. Daha sonra əldə olunan qarışığı problemli bölgələrə çəkin.

Maskanızı 15 dəqiqə üzünüzdə saxlayın. Daha sonra ilıq suyla yuyun. 1 həftə-10 gün içərisində sızanaqlardan xilas olacaqsınız.

3.Maska

Tərkibi:

1 çay qaşığı limon suyu

1 yumurtanın ağı

Hazırlanması və tətbiqi:

Yumurta ağı ilə limon suyunu qarışdırın. Sızanaqlı bölgəyə çəkib 20 dəqiqə gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Bu maskanı həftədə iki dəfə tətbiq etmək lazımdır.

4.Maska

Tərkibi:

1-2 damcı limon suyu

3 ədəd aspirin

1 çay qaşığı yaş maya

Hazırlanması və tətbiqi:

Aspirinləri limon suyunun içərisinə salıb əriməsini gözləyin. Daha sonra yaş mayanı da qarışığın içərisinə əlavə edib qarışdırın.

Sızanaqlarla yanaşı, sızanaq izlərinin olduğu bölgələrə çəkib 15-20 dəqiqə gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Bu maska sızanaqları qurudur, sızanaq izlərini yox edir və yeni sızanaqların yaranmasına mane olur.

5. Maska

Tərkibi:

Bir limonun yarısı

1 çay qaşığı karbonat

Bir neçə damcı süd

Hazırlanması və tətbiqi:

Əvvəlcə karbonatla südü qarışdırın. Daha sonra limonun suyunu əlavə edin. Bu zaman maskanın köpüklənməsinin şahidi olacaqsınız. Köpüklənmənin səngiməsini gözləyib sonra maskanı üzünüzə çəkin. Təkcə sızanaqlı bölgəyə də çəkmək olar. 10-15 dəqiqə gözlədikdən sonra ilıq suyla yuyunun.

Gözəllik və Moda     Baxılıb: 19321   Tarix: 06 oktyabr 2016
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

turlar.az

sonxeber.az donlar 2024 yaz geyimleri 2024 gozel gorunmek sac duzumleri maskalar saç üçün kisiler yataqda moda kosmetika qogal opusme xanim.az azerbaycanli is adami amerikada gullelendi oxatan