Üzdəki tükləri tökən MASKA

Üzdəki tükləri tökən MASKABir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan  qurtulmağa çalışırlar.
Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də buna səbəb ola bilir. Ailem.az üzdəki arzuolunmaz tüklərdən təbii yollarla qurtulmaq üçün reseptlər təqdim edir.
Bal və limon suyu resepti
Lazım olanlar:
- 3 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı bal
- 1 çay qaşığı limon suyu
Hazırlanması:
Bir kasaya bal və şəkər tozunu əlavə edin. Qarışımı 2-3 dəqiqə mikrodalğalı sobada saxlayın. Şəkər tozu əridikdən sonra ona limon suyunu əlavə edib qarışdırın. Qarışım soyuduqdan sonra tük olan yerlərə yavaşca sürtün. Daha sonra üzünüzdən dartaraq qoparın. Bu üsul azacıq ağrılı olsa da, tükləri mükəmməl bir şəkildə yox edəcək.
Qarğıdalı unu, yumurta və şəkər tozu
Lazım olanlar:
- 2 xörək qaşığı qarğıdalı unu
- 1 yumurta
- 1 xörək qaşığı şəkər tozu
Hazırlanması:
Yumurtanın ağını bir kasaya qoyun. İçinə qarğıdalı unu və şəkər tozunu töküb qarışdırın. Qarışımı üzünüzdə tük olan yerə sürtərək, qurumasını gözləyin. Daha sonra bu maskanı üzünüzdən çəkib çıxarın və ilıq su ilə üzünüzü durulayın.
Təsirli nəticə almaq üçün bu maskanı həftədə 3-4 dəfə vura bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 3235   Tarix: 25 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

turlar.az

sonxeber.az adlarin menasi yay kolleksiyasi yaz geyimleri 2024 qadınlarda erroziya erotik fantaziya əllərin tərləməsi dosabin xeyri kosmetika bir arzum var damla zəhmət haxista novruz hakıştası