"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf

Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.
azxeber.com xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü bildirib.
E. Ağalarov həmin anları bu sözlərlə xatırlayıb:
"Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, "ağlın olsun, orda pul çoxdur, hiss etməyəcək". Biz də oradan 100 dollarlıq əsginası götürdük...
Amma bu əməl məni rahat buraxmırdı, içimi yeyirdi. Doğrudur, heç nə hiss etmədi, məbləğ də böyük deyildi, amma çox utanırdım. Sonra atamın yanına gəlib dedim: "Ata, sənlə danışmaq istəyirəm". Soruşdu ki, nə etmisən? Dedim ki, pulqabından 100 dollar götürmüşəm, sənə deməmişəm, faktiki olaraq oğurluq eləmişəm. Atam gülüb dedi: "Niyə belə az götürdün? 100 dollar çatdı sizə? Nəyə xərclədiniz?" Dedim ki, uşaqlarla oturub yeyib-içmək istəyirdik. "Yaxşı eləmisiniz" dedi. Soruşdum ki, məndən incimədin? Dedi "yox".
Bu, həyatımda ilk və sonuncu belə epizod oldu. Amma bu hadisə məni düşünməyə sövq etdi. İndi uşaqlarımla bu mövzuda danışanda başa salıram ki, nə lazımdırsa, həmişə verəcəyəm. Amma mənim arxamca, gizlin iş görülməsin. O vaxt isə mənə bunu heç kim izah etməmişdi, başa salan yox idi".

Şou Biznes     Baxılıb: 848   Tarix: 04 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?

"Eşref Rüya" serialının finalından sonra pərəstişkarları təəccübləndirən xəbər yayılıb. "Eşref Tek" adlı layihənin Prime Videoda yayımlanacağı anons edilib. . Onun "Eşref Rüya"nın birbaşa davamı

.

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib

.

Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik araşdırması çərçivəsində Afra Saraçoğlunun da aralarında olduğu bir neçə nəfər barəsində gözaltı qərarı verilib. xarici mətbuata istiandən xəbər verir ki, araşdırma Bakırköy Respublik

.

2 aktrisa saxlanıldı

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onlar

.

Hüseyn əməliyyat olundu - Foto

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ötən gün əməliyyat olunub. xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə məlumat yayıb. O, eynəkdən qurtulmaq üçün əməliyyat olunduğunu bildirib

.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

.

Türkiyədə məşhurlar saxlanıldı

İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı "Məşhurlara qarşı narkotik araşdırması" çərçivəsində İstanbu

.

11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. "axşam.az"a istinadla xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını

.

"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov

Əməkdar artist Gülüstan Əliyeva və müğənni Eldəniz Məmmədov "Xəzər axşamı" verilişində qonaq olublar. Sənətçilər proqram zamanı onlara ünvanlanan "2 milyon manatınız olsaydı, nə edərdiniz?" sualını cavablandırıblar

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler toy makiyaji sekilleri usaqlarda angina milli mətbəx ureyin isemik xestelikleri hicab baglama qaydasi kosmetika insan hakışda baldiza aid veten seirleri qiz burcu