"İflic olacağam və yataqda qalacağam
Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib.
52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb.
"Qocalığım üçün pul yığıram. İflic olacağam və yataqda qalacağam. Həkimlər də altımdan sidik qabını götürməli olacaqlar" deyə, müğənni bildirib.
Qubin yığdığı pulun dəqiq məbləğini açıqlamaq istəməyib. O, hesabında hələlik çox pul olmadığını söyləyib.
2000-ci illərin məşhur müğənnisi səhnəyə qayıtmaq ehtimalını 85 faiz qiymətləndirib. Sənətçi bacarığını və illərlə qazandığı təcrübəni boşa vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, Andrey Qubin daha əvvəl bel ağrıları və səsində yaranan problemlər səbəbindən Yeni il korporativində çıxış etmək üçün aldığı 100 min dollarlıq təklifi rədd edib. Hazırda sənətçiyə sevdiyi qadın qayğı göstərir. Müğənni həmçinin onkomarkerlər, hepatit B və C üzrə müayinələrdən keçib və nəticələrinin normal olduğunu bildirib.
///axşam.az/// / azxeber.com









Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü
"Yalı çapkını"nın aktrisası Bakıda toyda
"İflic olacağam və yataqda qalacağam