Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutulduTürkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkiliş qrupunu hədələməyə başlayıblar.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, özlərini yerli prodüser şirkətinin əməkdaşları kimi təqdim edən şəxslər Beykoz rayonundakı çəkiliş meydançasına daxil olmağa çalışıblar.
Lakin mühafizə xidməti onların əraziyə girməsinə icazə verməyib. Bundan sonra həmin şəxslər çəkiliş qrupunu hədələyərək pul və avtomobil tələb ediblər.
Məlum olub ki, şübhəlilər təkcə bu serialın çəkiliş meydançasını deyil, küçələrdə və ictimai yerlərdə fəaliyyət göstərən digər çəkiliş qruplarını, o cümlədən film və reklam komandalarını da hədəfə alıblar.
Daxil olan şikayətdən sonra polis araşdırmalara başlayıb. Soyğunçuluqla mübarizə şöbəsinin əməkdaşları şübhəlilərin hadisə yerinə gəldikləri avtomobilin dövlət qeydiyyat nişanı vasitəsilə onların şəxsiyyətini müəyyənləşdiriblər.
Keçirilən əməliyyat nəticəsində dörd şübhəli saxlanılıb. Türkiyə KİV-in məlumatına görə, onlar çəkiliş qruplarından hədə-qorxu yolu ilə pul və avtomobil almağa, həmçinin "küçə haqqı" (sokak hakkı) adı altında ödəniş tələb etməyə çalışıblar.

Şou Biznes     Baxılıb: 2   Tarix: 12 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

.

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb

.

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

turlar.az

adlarin menasi qadin sayti geyim və ayaqqabılar kişi sağlamlığı emulqatorlar cins 2026 geyim seçimi kosmetika kokelmek sperma burclerin uygunlugu vicdan novruza aid