Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb.
azxeber.com xəbər verir ki, COP31-in Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sənətçinin ifa etdiyi bəstəni sosial media hesabında paylaşıb.
Nazir iqlim diplomatiyasına musiqi ilə verilən dəstəyi yüksək qiymətləndirib:
"Bir dünya, bir yuva, bir səma, bir ümid, bir səs. Toros dağlarının ətəklərindən qlobal iqlim diplomatiyasının zirvəsinə güclü bir nəfəs daşıyırıq. Mahnısı ilə COP31-ə dəstək verən dəyərli sənətçimiz Sertab Erenerə təşəkkür edirəm".
Ekologiya və planetin mühafizəsi çağırışlarını özündə əks etdirən "One Home" bəstəsi iqlim dəyişikliyinin yaratdığı təhlükələrə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Mahnının mətnində təbiətin qorunması, meşələrin və okeanların mühafizəsi, eləcə də gələcək nəsillər üçün planetə sahib çıxılmasının vacibliyi vurğulanır.
Qeyd edək ki, bəstə COP31-in iqlim və ətraf mühitin mühafizəsi ilə bağlı universal mesajlarını musiqi vasitəsilə daha geniş qlobal auditoriyaya çatdırmağa hədəflənib.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey