Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycan toylarında yengə nə üçün lazımdır?Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər. Yengə həmişə yalnız bəy və gəlinin yaxın qohumlarından və inanılmış adamlarından təyin olunub.

Yengələr çox vaxt dayıarvadı, əmiarvadı, qardaşarvadı və s. təcrübəli qadınlar təyin olunublar ki, onlar ərə gedən gənc qıza müəyyən məsləhətlər verib, onu toy gecəsinə hazırlayıblar. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uğurlu olmasına nəzarət edirdi. Azərbaycanın əksər bölgələrində yengələr toy gecəsi gəlinin bakirəliyi pozulandan sonra qohumlara gözaydınlığı verirdi.

Ancaq bu adətimiz son zamanlar toyun atributları sırasından çıxmaqdadır. Artıq bəzi toylarımızda yengələr gözə dəymir. Bəzi müasir gənclər yengəyə ehtiyac görmür, ondan imtina edirlər. Bunu onunla əsaslandırılar ki, əgər oğlan qızı bəyənibsə, onu qəbul edibsə, yengənin qapı ağzında nə işi var?

AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova Modern.az-a unudulan bu adətdən - yengəlikdən danışıb. O bildirib ki, yengə toy mərasiminin iştirakçıları silsiləsində bütövlükdə bu mərasimin ən mühüm atributu kimi çıxış edir: "Toy mərasiminin son mərhələsində fəallaşan bu obraz, əslində xeyir işin ilk günlərindən müəyyənləşir. Qızın qohumları sırasından seçilən yengə "başıbütöv", yəni ərli, oğul-uşaqlı, bir sözlə, yarımış qadın olmalıdır. Yengə obrazına bütün türk xalqlarının toy mərasimlərində rast gəlinir. Qazaxlarda və qaraqalpaqlarda jenqe, özbəklərdə yanqa, türkmənlərdə enne, altaylarda yenqezi eyesi, Anadolu türklərində yenqe, Dağıstan tərəkəmələrində yengə, tuvalılarda çenqem, habelə taciklərdə yanqa vurova adlanan bu personaj bütün hallarda (yəni bütün xalqlarda) eyni funksiyanı icra edir.

"Yengə" sözünün mənası Mahmud Kaşğarinin "Divani-lüğətit-türk"ündə böyük qardaşın arvadı, V.Radlovun "Qədim türk lüğəti"ndə isə böyük qardaşın, ya da dayının arvadı kimi açıqlanır. Qədim türk yazılı abidələrində də yengə adıçəkilən lüğətlərdəki mənada işlənir. Bu cür mötəbər mənbələrdə yengənin toy mərasimi ilə ilgili funksiyalarının anılmaması heç də bu obrazın toy mərasiminə sonradan daxil edilməsi, yəni yaşca "cavan" olmasını göstərmir. Sadəcə olaraq, gəlini müşayiət edənin çox zaman eyni adam-yəni qardaş arvadı olması vəzifənin də qohumluq münasibətini bildirən bu sözlə adlandırılmasına səbəb olub".

Müsahibimiz qeyd edib ki, bəzi xalqlarda yengəlik vəzifəsini qız anası icra edir: "Bütün xalqların toy mərasimində gəlini müşayiət edən, ona həyatının bu mühüm günündə davranış qaydalarını başa salan bu cür obraza ehtiyac duyulur. Bəzi xalqlarda (nenlərdə) bu vəzifəni qız anası icra edir.
Azərbaycanlıların, eləcə də başqa türk xalqlarının əxlaq normaları, nəinki qız anasının, bütövlükdə qan qohumluğu olan şəxslərin bu vəzifəyə seçilməsini istisna edir. Buna görə də qardaş arvadı bu məsuliyyətli vəzifəni boynuna götürür. Qardaş arvadının seçilməsinin Q.Snesaryov tərəfindən göstərilən başqa bir səbəbi də mövcuddur: "Ekzoqamiya və patrilokal yaşayış formasında qızın, qardaşlarının qız aldığı kollektivə gedəcəyini nəzərə alsaq, bu personajın mahiyyəti daha da aşkarlanar. Beləcə, qız evinin qudalıq münasibətində olduğu nəslin nümayəndəsi kimi çıxış edən yengə, qızı onun üçün yeni olan kollektivə daxil etmək vəzifəsi daşıyır".
Başqa sözlə, yengə gəlinin düşəcəyi mühit və adamlarla daha yaxından tanış olduğundan bu funksiyaların məhz onun tərəfindən icrası əlverişli sayılır. Azərbaycanda da yengəyə gəlini toyqabağı-nişan, xınayaxdı, gəlinbəzədi və s. mərasimlərdə müşayiət edən, öyüd-nəsihət verən bir obraz kimi yanaşırlar. Bu münasibəti Azərbaycan folklor yaddaşında qorunan

Arxalığın oymadı
Gözüm yardan doymadı
Çıxdım yolun üstünə
Paxıl (Ölmüş) yengəm qoymadı.

bayatısı təsdiq edir. Toy mərasimində bu cür obraza ehtiyacı isə qızların erkən yaşlarda ərə verilməsi şərtləndirir".

A.Ramazanovanın sözlərinə görə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən bir obraz kimi meydana gəlib: "Özbəklər erkən yaşlarda "bikeş" adlandırdığı qızın sirdaşı, əsas məsləhətçisi olan qardaş arvadı toy mərasimində "jenqe" vəzifəsini icra edir. "Göyçək Fatma" nağılında, habelə qaraqalpaqların "Qırx qız" eposunda qəhrəman-qızların hamısı, köməkçisi məhz yengədir.

Bulağın döngə yolu
Sallanıb yen gə yolu
Toy edən yaxşı bilir
Ağırdır yengə yolu.

Bu bayatıda yengə yolunun, yəni vəzifəsini ağır hesab edilməsi yengənin həm də toy gecəsinin nəticələrini yoxlayan bir şəxs olmasından irəli gəlir. Bu isə həmin obraza sonrakı zaman kəsimlərində aşılanmış bir xüsusiyyətdir.

Bu personajın mənşəyinə gəlincə isə, fikrimizcə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən bir obraz kimi meydana gəlib. Belə ki, yeni ailə qurmuş gənclərin toy mərasimi zamanı bədxah ruhlara, şər qüvvələrə qarşı daha həssas olması məlum faktlardandır. Bundan başqa, toy mərasimində bu və ya digər səbəbdən pis niyyətli adamların iştirakı da mümkündür. Bu cür adamlardan, habelə bədxah qüvvələrdən qorunmaq üçün gəlinlə bəyə xüsusi adamlar təhkim edilir ki, onlar da öz növbəsində növcavanları mühafizə edirlər.

Məhz bu məqsədlə taciklərdə toy gecəsi səhərə qədər işığı söndürmür; ruslarda əlində xəncər tutmuş bir atlı bütün gecəni gəlinlə bəy olan evin ətrafına dolaşır; salur türkmənlərində evə xüsusi gözətçi qoyulur; azərbaycanlılarda və digər xalqlarda bu vəzifələri yengə icra edir.

Gördüyünüz kimi, inkişafın ilkin pillələrində qoruyuculuq funksiyalarını həyata keçirən yengə sonralar həm də nəsihətçi, daha sonra isə nəzarətçi vəzifələrini icra etməyə başlayır".

Ailə və Uşaq     Baxılıb: 101739   Tarix: 24 sentyabr 2026
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

turlar.az

geyim seçimi makiyaj etmek qaydalari qadin dunyasi gül buketləri capiq ucun maz pehriz gəlin qayınana kosmetika novruz bayramına aid hakıştalar azerbaycan baldiza aid haxisda birlik haqqinda qaynana