Bu iki qidanı birlikdə yemək yaddaşınızı möhkəmləndirir
Mütəxəssislərin fikrincə, qaragilə və qoz birlikdə istehlak edildikdə "super beyin qəlyanaltısı"na çevrilir.
Milli.Az xəbər verir ki, bu iki sadə qida, uzunmüddətli perspektivdə beynin qorunmasına və yaddaşın güclənməsinə kömək edir.
Tanınmış həkim Dr. Karan Rajan bildirib ki, fərdi olaraq da faydalı olan bu iki qida birlikdə yeyildikdə təsiri qat-qat artır:
"Əgər qaragilə və qozu birlikdə yeyirsinizsə, qaragilədəki polifenollar və qozdakı omeqa-3 yağ turşuları güclü beyin qoruyucu duet yaradır."
Alimlərin fikrincə, bu iki məhsulun gündəlik pəhrizə əlavə edilməsi:
Beyin funksiyalarını dəstəkləyir,
İdrak qabiliyyətini artırır,
Alzheimer və demans kimi xəstəliklərin riskini azaldır.
Harvard Health tərəfindən 2020-ci ildə aparılan araşdırma da göstərib ki, qaragilə, alma və bəzi çay növləri yüksək flavonoid tərkibi sayəsində demansın inkişaf ehtimalını azaldır. Flavonoidlər orqanizmi sərbəst radikalların yaratdığı zərərdən qoruyur, hüceyrələrin qocalmasını ləngidir.
Digər tərəfdən, omeqa-3 ilə zəngin olan qoz:
Beynin enerji istifadəsini artırır,
İltihabı azaldır,
Sinir hüceyrələrinin əlaqəsini gücləndirir.
Mütəxəssislər bu iki qidanın sağlam həyat tərzi ilə birlikdə qəbul edilməsini tövsiyə edir. Beləliklə, qaragilə və qoz - sadə, lakin güclü birləşmə - beyninizi qorumaq və yaddaşınızı "polad qədər möhkəm" saxlamaq üçün ən təsirli yollardan biri sayılır.
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama