Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsaHipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtina etmək intoksikasiya təhlükəsi yaradır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru-ya həkim-endokrinoloq Nataliya Tananakina danışıb.
Mütəxəssisin sözlərinə görə, hipertireoz zamanı qalxanabənzər vəzi həddindən artıq hormon ifraz edir ki, bu da maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur. Nəticədə orqanizm enerjini daha tez xərcləyir və bədənin "yanacaq" ehtiyatları sürətlə tükənir.
"Digər bir səbəb isə böyrəküstü vəzilərin kifayət qədər hormon, xüsusən də kortizol istehsal etmədiyi Addison xəstəliyi ola bilər. Bu fonda qida çatışmazlığı zamanı daha da şiddətlənən kəskin zəiflik və ürəkbulanma hissi yarana bilər", - deyə həkim qeyd edib.
Aclıq zamanı yaranan narahatedici simptomlar həmçinin qanda qlükoza səviyyəsinin aşağı düşməsi - hipoqlikemiya ilə də əlaqədar ola bilər. Bu, bir xəstəlik deyil, tamamilə sağlam insanlarda belə rast gəlinə bilən bir vəziyyətdir. Beyin qlükoza çatışmazlığına qarşı xüsusilə həssas olduğundan, onun azlığı diqqətsizlik, əsəbilik və halsızlıqla müşayiət edilə bilər.
Birinci tip şəkərli diabetdən əziyyət çəkən şəxslər isə xüsusi risk qrupuna daxildirlər. Belə xəstələr üçün uzunmüddətli aclıq sadəcə halın pisləşməsi ilə deyil, eyni zamanda daha ciddi fəsadlarla təhlükəlidir: qlükoza azlığı fonunda orqanizm yağları aktiv şəkildə parçalamağa başlayır ki, bu da çoxlu sayda keton cisimlərinin yaranmasına və diabetik ketoasidozun inkişafına gətirib çıxarır. Bu, qanda keton cisimləri adlanan zəhərli maddələrin toplanması ilə nəticələnən kəskin və potensial olaraq həyati təhlükə daşıyan bir haldır.
Endokrinoloqun fikrincə, polikistik yumurtalıqlar sindromu (PYS) olan qadınlar da aclığa çətinliklə dözə bilirlər. Bu zaman adətən toxumaların insulinə həssaslığı pozulur, qlükoza mübadiləsi dəyişir və nəticədə qida qəbulları arasındakı uzun fasilələr insanın ümumi səhhətinə mənfi təsir göstərir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 54   Tarix: 26 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

yay geyimləri 2026 qadin dunyasi donlar 2026 qadın dünyası az qas qalinlasmasi ucun maskalar intim piercing hamiləlikdə qidalanma kosmetika sağlıq oğlaq novruza aid hakışta hamilelik faydalı bilgilər