Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb.
Bu barədə "Habertürk" Nyu-York polisinin məlumatına istinadən xəbər yayıb.
Hadisə oktyabrın 23-də, yerli vaxtla saat 23:15 radələrində baş verib. Məlumata görə, çəkiliş meydançasında bir şəxslə 23 yaşlı Aleks Peres arasında mübahisə yaranıb. Mübahisə zamanı Peresin bıçaq çıxardığı bildirilir.
Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini saxlayaraq bıçağı müsadirə ediblər. İnsident zamanı heç kimin xəsarət almadığı açıqlanıb. Şübhəli şəxsə qarşı hədə-qorxu və qanunsuz silah saxlama ilə bağlı ittihamlar irəli sürüləcəyi bildirilir.
Maykl B. Cordanın hadisə zamanı çəkiliş meydançasında olub-olmadığı məlum deyil. Ostin Batlerin də rol aldığı filmin 2028-ci ilin mayında nümayişi planlaşdırılır.
///lent.az///









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı