Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİÖtən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı epidemioloji təhlillərə əsasən, hazırda ölkədə qızılca ilə bağlı vəziyyət sabitdir və nəzarət altındadır. Son aylarda yoluxma hallarının sayında azalma müşahidə edilir.
Nəzərə çatdırılıb ki, uşaq kollektivlərində təmasların intensivliyi, eləcə də qızılcaya qarşı peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslərin mövcudluğu müəyyən dövrlərdə yoluxma hallarının artmasına səbəb ola bilər. Bununla belə, qızılca üzrə qeydə alınan yoluxma hallarının əsasən peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslər arasında müşahidə edildiyi bildirilir:
"Xəstəliyin yüksək yoluxuculuğu nəzərə alınaraq, əhali arasında kollektiv immunitetin qorunması üçün Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlərin vaxtında və tam şəkildə qəbul edilməsi mühüm əhəmiyyət daşıyır".
Bildirilib ki, ölkədə qızılcaya qarşı immunizasiya Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca-parotit-məxmərək (QPM) vaksini ilə həyata keçirilir. Bundan əlavə, cari ilin aprel ayınadək yalnız uşaqların planlı immunizasiyası deyil, qızılcaya qarşı həssas olan yetkin əhali qruplarının immunizasiyası məqsədilə də qızılca-məxmərək (QM) vaksini ilə geniş immunizasiya tədbirləri aparılıb.
Hazırda planlı immunizasiyanın davam etdirilməsi üçün ölkədə kifayət qədər vaksin ehtiyatı mövcuddur:
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion xəstəliklər üzrə epidemioloji nəzarət davamlı olaraq həyata keçirilir, vəziyyət mütəmadi qiymətləndirilir və zərurət yarandıqda operativ profilaktik və əksepidemik tədbirlər görülür.
Mövcud epidemioloji vəziyyət əhali arasında narahatlıq yaradacaq xarakter daşımır. Vətəndaşlara yalnız Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlərini vaxtında və tam şəkildə tətbiq edilməsi tövsiyə olunur".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
 

Xəbərlər     Baxılıb: 832   Tarix: 22 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

sade makiyaj sekilleri reseptler kosmetoloq pnevmoniya xesteliyi gozalti qaralar ucun maska sufle resepti xərçəng bürcü kosmetika novruz bayramı haxışta uşaq nece olur salatlar oxu az