Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilərGün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb.
Mütəxəssis bildirib ki, son illərdə boyun ağrısı və boyun düzləşməsi şikayətləri ilə daha çox qarşılaşılır. Uzun müddət ekran qarşısında qalmaq, xüsusilə də mobil telefona başı önə əyərək baxmaq boyun və çiyin nahiyəsinə düşən yükü artıra bilər.
Doktorun sözlərinə görə, telefon istifadə edərkən uzun müddət eyni vəziyyətdə qalmaq boyun və çiyinlərdə ağrı, sərtlik və yorğunluğa səbəb ola bilər. Buna görə də mütəmadi olaraq mövqeyi dəyişmək və boyuna düşən yükü azaltmaq lazımdır.
Masa arxasında işləyənlər də diqqətli olmalıdır. Ekranın göz səviyyəsindən çox aşağıda və ya yuxarıda olması, həmçinin uzun müddət eyni vəziyyətdə qalmaq əzələ gərginliyini və ağrını artıra bilər. Ekranın göz səviyyəsinə uyğun yerləşdirilməsi, düzgün oturuş və mütəmadi fasilələr tövsiyə olunur.
Həkim boyun ağrısını davamlı şəkildə görməzdən gəlməyin də düzgün olmadığını vurğulayıb. Xüsusilə ağrı qola yayılırsa, keyimə, iynələnmə və ya güc itkisi müşahidə olunursa, mütləq mütəxəssisə müraciət edilməlidir.
Onun sözlərinə görə, ağrı zamanı nəzarətsiz şəkildə məşq etmək də vəziyyəti ağırlaşdıra bilər. Boyun ağrısının səbəbi əzələ gərginliyi, oynaq problemi, sinir və ya onurğa beyninə təzyiq ola bilər. Bu səbəbdən hər hərəkət hər kəs üçün uyğun deyil.
Mütəxəssis sosial şəbəkələrdə yayılan boyun məşqlərinə də diqqət çəkib. O bildirib ki, xüsusilə boynu çırtlatmaq, sərt şəkildə gərmək və sürətli hərəkətlər etmək tövsiyə edilmir.
Həkim boyun ağrısının səbəbinin müəyyənləşdirilməsini və uyğun məşqlərin yalnız həkim və ya fizioterapevtin tövsiyəsi ilə yerinə yetirilməsini məsləhət görüb.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
 

Xəbərlər     Baxılıb: 824   Tarix: 25 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

reseptler sac duzumleri gözəllik məhsulları məsləhətlər elm aid atalar sozleri atalar sozleri veten haqqinda 1 hefteye 5 kq ariqlamaq kosmetika insan rus dilini oyrenek 2ci ders qiz evi vetene aid atalar sozu azerbaycanli is adami amerikada gullelendi