Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə açıqlayıb.
Onun sözlərinə görə, bu linzalar əsasən kataraktı olan şəxslərdə, eləcə də 40-45 yaşdan sonra presbiopiya - yaşa bağlı yaxını görmənin zəifləməsi - yaranan pasiyentlərdə tətbiq olunur:
"Uşaqlar və gənclərdə isə göz hələ inkişafda olduğu və akkomodasiya (fokuslanma) qabiliyyəti qorunduğu üçün multifokal linzalar adətən seçilmir. Multifokal və trifokal linzalar hər kəs üçün uyğun deyil. Tor qişanın xəstəlikləri - yaşa bağlı makula degenerasiyası, diabetik retinopatiya, epiretinal membran -, qlaukomanın irəliləmiş mərhələsi və görmə sinirinin xəstəlikləri olan şəxslərdə bu linzalar gözlənilən nəticəni verməyə bilər".
Mütəxəssis-ekspert qeyd edib ki, keratokonus, buynuz qişanın qeyri-düzgün astiqmatizmi, əvvəllər buynuz qişada aparılmış bəzi əməliyyatlar və büllur bağlarının zəifliyi də nisbi əks-göstərişlər hesab olunur:
"Ağır quru göz sindromu əməliyyatdan əvvəl mütləq müalicə edilməlidir. Əks halda, ölçmələr düzgün alınmır və görmə keyfiyyəti aşağı düşür. Gecə çox maşın sürən pasiyentlərdə isə işıq ətrafında halo və parıltılar narahatlıq yarada bilər. Belə hallarda EDOF və ya monofokal linzalara üstünlük verilir. Buna görə də linza seçimi yalnız hərtərəfli müayinədən sonra həkim tərəfindən fərdi qaydada müəyyən edilir".
Müəllif: Mina Mikayılova 

Xəbərlər     Baxılıb: 845   Tarix: 08 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

toy makiyajlari toy makiyaji sekilleri kosmetoloq ataya aid atalar sozleri ayaqqabi modelleri 2026 qadınlarda erroziya ureyin isemik xestelikleri kosmetika brusell bakteriyası qogal novruz bayrami hakisda novruz oglan evi