Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.
Milli.Az xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub.
Araşdırmanın nəticələrinə görə, bu müalicəni alan xəstələrdə xərçəngin təkrarlanması və ya ölüm riski yalnız "Keytruda" qəbul edənlərlə müqayisədə 42 faiz aşağı olub.
COVID-19 peyvəndlərində də istifadə olunan mRNT texnologiyasına əsaslanan üsul hər xəstə üçün fərdi hazırlanır. Bunun üçün xəstənin şişindən götürülən nümunə araşdırılır və xərçəng hüceyrələrinə xas xüsusiyyətlər müəyyənləşdirilir. Məqsəd immun sisteminin həmin hüceyrələri tanımasını və onlara qarşı mübarizə aparmasını təmin etməkdir.
Tədqiqatın nəticələri Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin toplantısında açıqlanıb. Şirkətlər peyvəndin ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənməsi üçün müraciət etməyə hazırlaşırlar.
Hazırda bu texnologiyanın ağciyər və mədəaltı vəzi xərçəngi kimi digər xərçəng növlərinə qarşı istifadəsi də araşdırılır. Peyvənd hələ eksperimental mərhələdədir və geniş istifadəsi üçün rəsmi təsdiq almalıdır.
Müəllif: Mina Mikayılova 

Xəbərlər     Baxılıb: 699   Tarix: 24 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

maskalar donlar 2026 sade makiyaj sekilleri hamiləlik testi üzü nəmləndirən maska toyuqlar haqqinda doğuşdan sonra kosmetika azerbaycan hakista sozler uzeyir hacibeyli ginekoloq hekaye janri