Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildiPayız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişli mühit yarada bilər.
Terapevt Sübhan Hacıyev Milli.Az-a açıqlamasında bildirib ki, soyuq payız aylarında respirator virus infeksiyalarına yoluxanların sayının artması təbii epidemioloji prosesdir:
"Çünki havaların soyuması bir çox insanları qapalı mühitlərə və məkanlara üz tutmağa sövq edir. Bu da nəticədə hava-damcı yolu ilə keçən bir çox tənəffüs yolu virus infeksiyalarının, respirator sinsitial virus, influenza (qrip), COVID-19 və digər virus infeksiyalarının artması və yayılması riskini artırır".
S.Hacıyevin sözlərinə görə, bununla bağlı Dünya Səhiyyə Təşkilatı da, bir çox tibbi təşkilatlar da hər zaman xəbərdarlıq edir və qapalı məkanlarda, xüsusilə də ictimai nəqliyyatda insanların sıx olduğu və bir-birinə yaxın təmas etdiyi yerlərdə daha çox qorunmaq lazım olduğunu vurğulayırlar:
"Bunlardan biri də təbii ki, avtobus və digər ictimai nəqliyyat vasitələridir. Burada mən deməzdim ki, sırf həmin yerlərdə olan insanlar xəstəlik daşıyırlar. Sadəcə olaraq, bu məkanlarda yoluxma riski artmış olur".
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildiTerapevt nəzərə çatdırıb ki, bu vəziyyətlərdə özünü nasaz və xəstə hiss edən insanlar həmin nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Ümumiyyətlə, məcbur deyillərsə, çölə çıxmamaları yaxşı olar. Çünki havalandırılmayan məkanlarda öskürək, asqırıq, hətta bəzən dərin nəfəs və tənəffüs yolu ilə virus hissəcikləri hava-damcı yolu ilə digər insanlara ötürülə bilər.
Bildirib ki, virusun cəmiyyətdə yayılma səviyyəsi yüksək olduqda, ictimai nəqliyyatdakı sıxlıq bu zənciri daha da sürətləndirə bilər. Nəticə etibarilə çox sayda insan virusa yoluxa bilər. Bu da həm xəstəxanaları, həm əczaçılıq sahəsini, həm də bütün tibb sektorunu bir növ yükləyə bilər:
"Bütün bunları nəzərə alaraq, həkim-terapevt olaraq insanlara evdə edə biləcəkləri profilaktik tədbirlərlə bağlı tövsiyələr vermək istərdim. Birinci növbədə, əgər özlərini nasaz hiss edirlərsə, hər hansı xəstəlik əlamətlərini, hətta yüngül formada belə hiss edirlərsə, yaxşı olar ki, yataq rejimində olsunlar, çölə çıxmasınlar. Xüsusilə də ictimai nəqliyyatdan istifadə etməsinlər. Çünki özləri xəstəliyi yüngül keçirə bilsələr belə, ötürdükləri virus hissəcikləri daha ağır, yaşlı, xroniki xəstəlikləri olan, hamilə və immun sistemi zəif olan insanlarda xəstəliyin ağır gedişinə səbəb ola bilər".
Eyni zamanda, tövsiyə edib ki, bir çox ictimai nəqliyyatda havalandırma sistemi yüksək səviyyədə qurulsun və bu sistemlərin, xüsusilə də filtrlərin təmizlənməsinə diqqət yetirilsin. Bu da riski ciddi şəkildə azaltmış olur:
"Təbii ki, sübuta əsaslanan tibbin göstəricilərinə görə, bir çox virus infeksiyalarından qorunma yollarından biri vaksinasiyadır. Ölkəmizdə də qripə qarşı vaksinasiya həyata keçirilir. Vaksinasiya olunmuş pasiyentlər ən azı 6 ay, maksimum 1 il bu xəstəlikdən qorunmuş ola bilərlər. Buna görə də vaksinasiyanı ciddi şəkildə nəzərə almaq lazımdır".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 833   Tarix: 22 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

geyim dəbləri kosmetoloq sade makiyaj sekilleri sağlamlığa aid atalar sözləri aroma və fitoterapiya arıqlama pəhriz balqabaq plov kosmetika xocali sevda masturbasiya vətən haqqında bayatı gülməli hakıştalar