Ətir istifadə edənlərə xəbərdarlıq

Ətir istifadə edənlərə xəbərdarlıqƏtirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov NEWS.ru-ya müsahibəsində danışıb.
Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasına səbəb ola biləcəyini də qeyd edib.
"Ətirin boyun nahiyəsinə çəkilməsinin xərçəngə səbəb olduğu iddiası elmi cəhətdən sübut olunmayıb. Kosmetik məhsullarda potensial olaraq mövcud olan bəzi maddələr həqiqətən də endokrin, allergik və toksikoloji təsirləri baxımından öyrənilir. Lakin laboratoriya təcrübəsində komponentin bioloji aktivliyinin müəyyən edilməsi və ya onun metabolitlərinin orqanizmdə aşkarlanması hələ hazır ətir məhsulunun adi istifadəsinin şişin yaranmasına səbəb olduğunu sübut etmir", - deyə Basir Bammatov izah edib.
O vurğulayıb ki, dəri qan dövranına birbaşa keçid yolu deyil. Həkimin sözlərinə görə, maddələrin dəri vasitəsilə sorulma dərəcəsi konkret birləşmənin xüsusiyyətlərindən, onun konsentrasiyasından, məhsulun tərkibindən və dəri baryerinin vəziyyətindən asılıdır.
Onkoloq qeyd edib ki, qalxanabənzər vəzinin yerləşməsi ətir komponentlərinin birbaşa bu orqana nüfuz etməsi üçün əlverişli şərait yaratmır.
Basir Bammatov bildirib ki, qanuni məhsulların alınması, təlimatlara əməl edilməsi və ətirin qıcıqlanmış dəriyə çəkilməsindən çəkinilməsi vacibdir. Mütəxəssisin sözlərinə görə, həmçinin ətirin gözlərə və selikli qişalara düşməsinə yol verməmək tövsiyə olunur. Qaşınma, yanma, qızartı və ya digər xoşagəlməz simptomlar yarandığı təqdirdə isə istifadə dərhal dayandırılmalıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1   Tarix: 12 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar aksessuarlar ayaq şişməsi saç tökülməsi 2026 ci ilin debi 2026 geyimi kosmetika statuslar şebnem tovuzlu xanim.az hakıştalar maraqlı