Xınayaxdı üçün HAKIŞTALAR

Xınayaxdı üçün HAKIŞTALARAraz qırağı çiçәk, һaxışta,
Oraq götür gәl biçәk, һaxışta.
Qardaş, nişanlın gördüm, һaxışta,
Üzündә yumru birçәk, һaxışta.

Ağ sәnək ağzı burma, һaxışta,
Doldurub dalda durma, haxışta.
Qardaş nişanlın gördüm, һaxışta,
Ağzında dili xurma, һaxışta

Ay һollara, һollara, һaxışta
Yolum saldım yollara, һaxışta.
Su sәpdim, çadır qurdum, һaxışta
Qardaş gәlən yollara, һaxışta.

Ağ dәvәnin gözlәri, һaxışta,
Yerә dәyir dizlәri, һaxışta.
Qaraların qızları, һaxışta,
Kәbin kәsir özlәri, һaxışta.

Aşığam əlәmim var, һaxışta,
Qızıldan qәlәmim var, һaxışta.
Yaxın gәlә bilmәrəm, һaxışta,
Uzaqdan salamım var, һaxışta.

Alma atdım nar gәldi, һaxışta,
Kətan köynək dar gәldi, һaxışta.
Qapıya kölgә düşdü, һaxışta,
Elә bildim yar gәldi, һaxışta.

Ağ at gәlir enişdәn, һaxışta,
Sinәbәndi gümüşdәn, һaxışta.
Sizә dә qismәt olsun, һaxışta,
Xurcundakı yemişdәn, һaxışta.

Armud ağacı һaça, һaxışta,
Әlim dolaşdı saça, һaxışta.
Qardaşa qurban olum, һaxışta,
O gəlir qaça-qaça, һaxışta.

Armud ağacı һaça, һaxışta,
Әlim dolaşdı saça, һaxışta.
Qardaşa qurban olum, һaxışta,
O gəlir qaça-qaça, һaxışta.

Ağ dәvә düzdә qaldı, һaxışta,
Yükü Tәbrizdə qaldı, һaxışta.
Oğlanı dәrd apardı, һaxışta,
Dərmanı qızda qaldı, һaxışta.

Araz üstә, buz üstә, һaxışta,
Kabab yanar köz üstә, һaxışta.
Oğlanı dәrd öldürәr, һaxışta,
Bir alagöz qız üstә, һaxışta.

Araqçının һaşımı, һaxışta,
Hara qoyum başımı, һaxışta,
Sәni mәnә verməzlәr, һaxışta,
Tökmә gözün yaşını, һaxışta.

Ağ alma, qızıl alma, һaxışta,
Yol boyu düzül alma, һaxışta,
Ya mənim muradım ver, һaxışta,
Ya mәndәn üzül, alma, һaxışta.

Bu dәrә, uzun dәrə, һaxışta,
Getdikcə uzun dərә, һaxışta.
Burda bir bağ salmışam, һaxışta,
Dost gәlə üzüm dәrə, һaxışta.

Bulaq başı pıtırax, һaxışta,
Palaz salın oturax, һaxışta.
Birin sәn de, birin mәn, һaxışta,
Bәlkә dәrddən qurtarax, һaxışta.

Bağımızda göy xiyar, haxışta,
Boyun boyuma uyar, һaxışta.
İkimiz bir cüt sona, haxışta,
Ayırmağa kim qıyar, һaxışta.

Bulaq başı toz olar, һaxışta,
Üstü dolu qız olar, haxışta.
Әyil dәsmalın götür, һaxışta,
Mәn götürsәm söz olar, һaxışta.

Qara atın nalıyam, һaxışta,
Üstdә ipәk xalıyam, һaxışta.
Çəkmә cәfamı qardaş, һaxışta,
Mәn özgəlәr malıyam, һaxışta.

Qardaş atın beş olsun, һaxışta,
Әlik tәrlan quş olsun, һaxışta.
Hər һayana gedәndә, һaxışta.
İman yoldaşın olsun, һaxışta.

Qardaş, qardaş üç qardaş, һaxışta,
Xәncəli gümüş qardaş, һaxışta.
Hәr һəyana gedәndә, һaxışta.
Gəl yanıma düş qardaş, һaxışta.

Qardaş atın nalıyam, һaxışta,
Üstün ipәk xalıyam, һaxışta.
Bir də mənә can demә, һaxışta,
Mən özgələr malıyam, һaxışta.

Qapımızda qәlәmə, һaxışta,
Quzu təki mәlәmә, һaxışta.
Mәni sәnә verməzlәr, һaxışta,
Özün һәlak elәmә, һaxışta.

Qapımızda cüt qalaq, һaxışta,
Qızın birin biz alaq, һaxışta.
Qardaşına demişik, һaxışta,
Anasına yalvaraq, һaxışta.

Qızılgül oyum-oyum, һaxışta,
Dərim qoynuma qoyum, һaxışta.
Yağış yağar yer doymaz, һaxışta,
Mən sәndәn necә doyum, һaxışta.

Qab-qacağım rəfdәdi, һaxışta,
Hərә blr tәrәfdədi, һaxışta.
Hər gün gördüyüm yarı, һaxışta,
Görmürәm bir һәftәdi, һaxışta.

Qara atın qulağı, һaxışta,
Gözləri şaһ bulağı, һaxışta.
Eşitdim yar evlәnir, һaxışta,
Qara gəlsin duvağı, һaxışta.

Qara balıq sudadı, һaxışta,
Yatmayıb yuxudadı, һaxışta.
Dәdəmә kasıb demәyin, haxışta,
Urza verәn xudadı, һaxışta.

Qardaşın ağ atı var, һaxışta,
Cibindә manatı var, һaxışta.
Qardaşa qurban olum, һaxışta,
Hәr yerdә һörməti var, һaxışta.

Qızıl iynәnin sapı, һaxışta,
Görünür bizim qapı, һaxışta.
Yarı yardan eylәyən, haxışta,
Dolansın qapı-qapı, һaxışta.

Qızıl üzük laxladı, һaxışta,
Verdim anam saxladı, һaxışta.
Әziz gün, әziz gecә, һaxışta,
Yar mәni qabaqladı, һaxışta.

Qoyun gəlir meşәdən, һaxışta,
Südü verir şişәdәn, һaxışta.
Bacı, bir yar sevmişәm, һaxışta,
Bığları bәnövşәdən, һaxışta.

Dam üstәdi damımız, һaxışta,
Qoşadı eyvanımız, һaxışta.
Sәn ordan çıx, mәn burdan, һaxışta,
Kor olsun düşmənımız, һaxışta.

Dağları gәzdim gәldim, һaxışta,
Daşımı düzdüm gәldim, һaxışta,
Yarı bivəfa gördüm, һaxışta,
Әlimi üzdüm gәldim, һaxışta.

Dəyirman üstü dәstәr, haxışta,
Bülbül balasın bәslәr, һaxışta,
Könülsüz gedәn qızlar, һaxışta
Allaһdan ölüm istәr, һaxışta.

Maraqlı     Baxılıb: 296882   Tarix: 24 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

turlar.az

adlarin menasi hamilelikde qidalanma maskalar uşaq yeməkləri qazan katleti piodermiya nedir kişi sonsuzluğu kosmetika oyunlar vətən haqqında bayatı pizza qiz burcu əfsanələr