Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Beş bacı-qardaşın hamısı professordur, ataları akademikNizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir.
Milli.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır.
Əslən Qərbi Azərbaycandan olan A.Qurbanov Azərbaycanın görkəmli dilçi-alimi, türkoloqu və tanınmış ictimai-siyasi xadimi, ölkəmizdə dilçilik üzrə elmi məktəbin yaradıcısı, hazırkı latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. 1990-cı ildə Əlifba Komissiyasının sədri olmuş filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi və Dövlət mükafatı laureatı Afad Qurbanov, həmçinin SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Natiqlik Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Dördpendirli pizza
Anası Zöhrəxanım Qurbanova isə tibb elmləri namizədidir.
Fərəh Qaraqurbanlının bir qardaşı - Rəşad Qurbanov hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar hüquqşünası və Əməkdar elm xadimidir.
F.Qaraqurbanlının digər qardaşı - Ramin Qaraqurbanlı da hüquqşünas-alimdir. O, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının sabiq rəhbəri, Bakı Apelyasiya Məhkəməsinin hakimi, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin mülki-hüquq fənləri kafedrasının professorudur.
Digər qardaşı Fuad Qurbanov isə tibb elmləri doktorudur.
F.Qaraqurbanlının bacısı Fidan Qurbanova da elm adamıdır. O, filologiya elmləri doktoru, professordur. Fidan Qurbanova Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı vəzifəsində işləyib.
Qeyd edək ki, tibb elmləri doktoru, professor Qaraqurbanlı Fərəh Afad qızı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə təyin edilib. O, 2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və "Baku Medical Plaza"da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.
Milli.Az

Maraqlı     Baxılıb: 3891   Tarix: 14 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

turlar.az

hamilelikde qidalanma geyim seçimi qadin sayti ayaqqabi modelleri 2026 geyim və ayaqqabılar makiyaj balıq yağı kosmetika qoğalın nağlı zəhmət qiz burcu həsən bəy zərdabi bayati