Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur.
Bu sözləri Axar.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova duru yağlarla bağlı deyib.
Onun sözlərinə görə, düzgün texnologiya ilə hazırlanıbsa, düzgün miqdarda istifadə olunursa və saxlanma şəraiti normaldırsa, bu yağlardan istifadə etmək olar:
"Yalnız bir yağ dəfələrlə qızdırılıb istifadə olunursa, bu zaman onun tərkibində oksidləşmə artır və müxtəlif zərərli maddələrin yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, çox yüksək temperaturda uzun müddət saxlanıldıqda və ya bişirmə zamanı uzun müddət istiliyə məruz qaldıqda, tüstüləndikdə həmin yağların istifadəsi zərərlidir. Duru yağların qızartmalarda təkrar istifadəsinə yol verilməməlidir. Yağın dadında acılıq varsa, qoxusu tündləşibsə, bu, yağın keyfiyyətsiz olduğunu göstərə bilər. Buna mütləq diqqət etmək lazımdır.
Bir insan gün ərzində 25 qrama qədər yağ qəbul etməlidirsə, bu miqdar hər kəsin çəkisinə, bədən ölçüsünə və gündəlik fiziki aktivliyinə görə dəyişir. Onun müəyyən hissəsinin keyfiyyətli bitki yağlarından olması faydalıdır. Çünki onların tərkibindəki doymamış yağ turşuları orqanizmin sağlamlığı üçün faydalıdır. Nəzərə almaq lazımdır ki, yağın xarab olmasına ən çox təsir göstərən amillərdən biri işıq, istilik, həmçinin yağın qapağının dəfələrlə açılaraq oksidləşməyə məruz qalmasıdır".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
Bahalı saatı gündəm oldu