Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt və kardioloq Tatyana Zaletova "Moskva 24" nəşrinə müsahibəsində danışıb.
Tatyana Zaletova quşüzümü və mərcangiləni yüksək nutritiv (qida) sıxlığa malik giləmeyvələr adlandırıb. Həkim izah edib ki, qəbul edilən hər kalori ilə insan çoxlu miqdarda zəruri bioloji aktiv maddələr əldə edir.
Quşüzümü və mərcangilənin tərkibindəki proantosianidlər və flavonollar antioksidantlar kimi təsir göstərir və qandakı lipidləri (yağları) oksidləşmədən qoruyur. Nəticədə lipidlər damarların divarlarına yapışmır.
Bu giləmeyvələrin müntəzəm qəbulu damarların sağlam və elastik vəziyyətdə qorunub saxlanmasına kömək edir ki, bu da ateroskleroz və hipertoniyanın profilaktikasına töhfə verir.
"İkinci mexanizm sidik yolu infeksiyalarının qarşısının alınması ilə bağlıdır. Quşüzümünün tərkibindəki maddələr bakteriyaların, xüsusən də bağırsaq çöpünün (E. coli) səthindəki elektrik yükünü dəyişdirir. Nəticədə onlar sidik kisəsinin selikli qişasına yapışdıqları "qarmaqlarını" itirirlər və sadəcə sidik axını ilə yuyulub gedirlər", - deyə mütəxəssis qeyd edib.
Tatyana Zaletova əlavə edib ki, mərcangilənin tərkibində benzoy turşusu da var və bu maddə orqanizmdə hippur turşusuna çevrilərək mikrobların çoxalması üçün əlverişsiz mühit yaradır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır