Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edinEhtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq.
Bu barədə yazılmış mətnləri oxuduq.
Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtiraslı öpüşməyin yollarını təqdim edirik.

Öpüşməyi bacarırsınızmı? Çoxunuz bu suala belə cavab verəcəksiniz: "Burda nə var ki, bacarmayaq da?!"
Ola bilər ki, çox adam bacarır. Bir-iki dəfə öpüşəndən sonra hamı üçün adiləşir öpüşmək. Ancaq biri var bacarmaq, biri də var yaxşı bacarmaq.

Ehtiraslı nəfəs
Nəfəs cinsi akt zamanı önəmli olduğu kimi, öpüşmədə də önəmlidir. Nəfəs ehtirasın siqnallarıdır.
Öpüşmək üçün iki bədən bir-birinə yaxınlaşıb, dodaqlar arasında cəmi bir neçə santimetr məsafə qalan zaman yüngül nəfəs səsinin gəlməsi və isti nəfəsin qarşı tərəf dodaqlarına toxunması öpüşü daha ehtiraslı edir.

Ağızdan gələn iy
Öpüşməzdən qabaq ağzınızdan pis iy gəlib gəlməməsini yoxlamalısınız. Uzun müddət ac qaldıqda, yağlı, ətli yeməklər yedikdən, spirtli içkilər içdikdən sonra ağızdan pis qoxunun gəlməsi normaldır. Bu qoxuyla da görüşə gedib, sonra öpüşdükdə fəlakət qopur. Qoxunu aparmağın bir çox yolları var. Ancaq ən asan yol təbii ki, nanəli və ya meyvəli saqqız çeynəməkdir.

Sevişmək öpüşməkdən başlayır
Sevişmək öpüşməkdən başlayır. Yaxşı öpüşmək həm də münasibətləri maraqlı və uzunömürlü edir.
Boş yerə demirlər ki, yaxşı öpüşən sevgili dünyanın yarısı deməkdir.
Öpüşün yaxşı olması üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

Xırda oyunlar
Çalışmalısınız ki, öpüşməkdən alacağınız həzzi artırasınız. Bu zaman siz qarşınızdakının da aldığı həzzi artırmış olursunuz. Bunun üçün xırda "hoqqalar çıxarda" bilərsiniz. Məsələn, dodaqlar iç-içə keçmədən, dodaqlarınızı sevgilinizin dodaqlarına yüngülcə toxundurmağı sınaqdan keçirin. Onun yaşadığı həzzi gözlərinizlə görəcəksiniz.

Tələsmək olmaz
Yaxşı öpüşmək istəyirsinizsə, qətiyyən tələsməyin! "Təhminə" filmində deyildiyi kimi - "Tələsmə, Zaur!". Yuxarıda bəhs etdiyimiz oyunları davam etdirin. Onun dodaqlarının ətraflarına xəfif öpüşlər qondurun.

Dodaqları sıxın...
Partnyorunuzun əvvəlcə alt dodağını, sonra isə üst dodağını öz dodaqlarınızın arasına alın. Amma çox da bərk sıxmamağa çalışın. Əgər bu öpüşməyin axırı, babat bir intimlə nəticələnəcəksə, onda onun dodaqlarını öz dodaqlarınız arasında bərk sıxmağa başlayın…

Fransız öpüşü
Çoxunuz fransız öpüşünün nə olduğunu yaxşı bilirsiniz. Bilməyənlər üçün təkrar edək. Fransız öpüşündə əsasən dildən istifadə edilir. "Fransızca" öpüşmək istəyirsinizsə, ağzınızı çox aralamayın. Bu mənzərə qarşınızdakı üçün pis görsənə bilər. Dodaqlarınızcı azca aralayaraq öpüşmək, öpüşərkən dilləriniz də bir-birinə toxundurmaq öpüşü daha ləzzətli eləyəcək. Öpüşərkən dilin qarşı tərəfin ağzının içində olması bu stil üçün vacib olan detaldır.

Dişlərinizi gizlədin
Fransız öpüşündə dişlərə diqqət etmək lazımdır. Bəli, bəzən dodaqlara ya da çənəyə dişlərin yumşaq toxunması qarşı tərəfin xoşuna gəlsə də bu öpüşmə stilində dişləri çox da ön plana çıxarmağa ehtiyac yoxdur.

Gözlər
Öpüşərkən gözlərin açıq və ya qapalı olması qarşı tərəf üçün müxətlif mənalar verir. Ürəkdən öpüşən zaman gözləri bağlamaq insanın avtomatik etdiyi hərəkətdir. Qarşı tərəfə bu anı yaşadığınız mesajlarını verir. Eyni zamanda siz də onun gözlərini bağladığını görəndə, ona zövq verdiyinizi anlayır və xoşbəxt olursunuz. Amma gözləri açıq öpüşəndə bunu faciə kimi qəbul etmək lazım deyil. Əksinə, öpüşərkən sevgilinizlə göz-gözə gəlməyin də ləzzəti ayrı olacaq.

Fərqli yerlər
Öpüş prosesi təkcə dodaqlarla başlayıb, dodaqlarla bitmir. Öpmək üçün çox yer var. Başqa yerləri də sınaqdan keçirin. Nəticəsi çox yaxşı olacaq, əmin olun.

Ailə və Uşaq     Baxılıb: 116276   Tarix: 30 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

turlar.az

yaz geyimleri 2026 makiyaj instagram geyim seçimi pəhriz diet kesmikli koke xina sozleri toxuma və əl işləri kosmetika nizami gəncəvi hakistalar qiz burcu vetene aid bayati baliq