Nə çovdar, nə də kəpəkli… Ən sağlam çörək bunlar imiş
Son illərdə xəstəliklərin artması ilə sağlam qidalanmaya maraq da yüksəlib. Ağ çörək yerini kəpəkli, çovdarlı çörəklərə versə də, "ən faydalı çörək hansıdır?" sualı tez-tez soruşulur. Mütəxəssislər ən sağlam çörək növlərini açıqlayıb.
Milli.Az xəbər verir ki, liflə zəngin olduğu üçün həzmi asanlaşdıran tam buğda çörəyi, ağ çörəyə nisbətən qan şəkərini daha yavaş yüksəldir. Mütəxəssislər vitamin və mineral baxımından ən zəngin çörəyin tam buğda çörəyi olduğunu bildirir.
Genetik olaraq dəyişdirilməmiş ən qədim buğda növlərindən olan siyəz buğdası, aşağı qlisemik indeks və yüksək protein tərkibi ilə son illərin ən populyar çörəklərindən birinə çevrilib. Mütəxəssislərə görə, sağlam karbohidrat axtaranların ilk seçimləri arasında yer alır.
Tərkibcə təbii olaraq qlutensiz olan qarabaşaq çörəyi, dəmir və maqneziumla zəngin olması ilə diqqət çəkir. Qan şəkərini tarazlamaq istəyənlər üçün ideal seçimdir və qlutensiz qidalanmalı olanların əsas alternativlərindən sayılır.
Beta-qlukan lifləri ilə tanınan yulaf ürək sağlamlığına faydalı əsas taxıllardandır. Yulaf çörəyi isə uzun müddət tox saxlama xüsusiyyəti və xolesterini aşağı salması ilə seçilir.
Əsl turş maya ilə uzun fermentasiya prosesi nəticəsində hazırlanan çörəklər daha təbii və daha asan həzm olunduğu üçün mütəxəssislər tərəfindən tövsiyə edilir. Fermentasiya sayəsində qluteni qismən parçalanmış bu çörəklər, həssas mədə və bağırsaq problemi olanlar üçün ideal hesab olunur.
Lalə Qüdrətova
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir