Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyilNahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur.
Milli.Az lent.az-a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Təbii bioritmlər və qidalanma
Günün ikinci yarısında enerjinin azalması normal fizioloji hal hesab olunur. İnsan gecə kifayət qədər yatsa belə, daxili bioloji saat müəyyən vaxtlarda orqanizmə istirahət siqnalı verə bilər. Lakin düzgün olmayan qidalanma bu vəziyyəti daha da gücləndirir.
Səhər yeməyini ötürüb naharda çox yemək qanda şəkərin səviyyəsinin sürətlə dəyişməsinə və güclü halsızlığa səbəb ola bilər. Şirniyyat və enerji içkiləri qısa müddətə gümrahlıq versə də, sonradan halsızlıq daha da arta bilər.
Davamlı yorğunluğun tibbi səbəbləri
Əgər gecə kifayət qədər yatmağınıza baxmayaraq, gün ərzində gözlərinizi açıq saxlamaqda çətinlik çəkirsinizsə, bunun səbəbi sağlamlıqla bağlı ola bilər. Dəmir, B12 vitamini və fol turşusu çatışmazlığı, eləcə də anemiya daimi yorğunluq və zəiflik yarada bilər.
Qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi maddələr mübadiləsini yavaşladaraq insanda enerji azlığına səbəb ola bilər. Gündüz səbəbsiz və güclü yuxululuq bəzi hallarda şəkərli diabetin ilkin əlamətlərindən biri də ola bilər. Xüsusilə bununla yanaşı, daimi susuzluq hissi də varsa, müayinə olunmaq məsləhətdir.
Həyat tərzi də təsir edir
Az hərəkətli həyat tərzi yorğunluğu daha da artıra bilər. Mütəxəssislər kompüter qarşısında növbəti fincan qəhvəni içmək əvəzinə qısa gəzintiyə çıxmağı tövsiyə edirlər. Fiziki hərəkət diqqəti və enerji səviyyəsini yaxşılaşdıra bilər. Xroniki stress və narahatlıq da gecə yuxusunun keyfiyyətini aşağı salır.
Bundan başqa, allergiya əleyhinə bəzi preparatlar və müəyyən antidepressantlar yuxululuq yarada bilər. Əgər gündüz yuxululuğu işinizə, avtomobil idarə etməyə və gündəlik fəaliyyətinizə mane olursa, həkimə müraciət etmək lazımdır. Sinə ağrısı, güclü halsızlıq və ya digər qeyri-adi əlamətlər də varsa, tibbi müayinəni gecikdirmək olmaz.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 943   Tarix: 10 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

yay kolleksiyasi maskalar toy makiyaji sekilleri yuxuda balqabaq şirniyyat resepti 2026 qonaq otagi tut aragi haqqinda kosmetika gözellik birlik haqqinda uşaq nece olur veten haqqinda atalar sozleri rus dilini oyrenek 2ci ders