Bu qidalar beyin damarlarına zərər verə bilər

Bu qidalar beyin damarlarına zərər verə bilərÇox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. 
Milli.Az xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş arası təxminən 9 min insanın məlumatları təhlil edilib.
Araşdırma zamanı məlum olub ki, ən çox emal olunmuş qida qəbul edən hər 9 nəfərdən birində beyin damarlarının zədələnməsi əlamətləri aşkarlanıb. Bu göstərici həmin qidaları ən az qəbul edənlər arasında hər 12 nəfərdən bir olub.
MRT müayinələri zamanı beyində iki növ dəyişiklik müəyyən edilib. Bunlardan biri sinir hüceyrələri arasında əlaqəni təmin edən ağ maddədə yaranan dəyişikliklər, digəri isə qan dövranının pozulması nəticəsində zədələnmiş beyin toxumaları olub.
Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklər gələcəkdə insult, zehni qabiliyyətlərin zəifləməsi və demensiya riskinin artması ilə əlaqəli ola bilər.
Yaş, siqaret istifadəsi, fiziki aktivlik, gəlir səviyyəsi, yüksək qan təzyiqi və diabet kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə müşahidə edilib.
Bununla belə, alimlər araşdırmanın emal olunmuş qidaların birbaşa beyin zədələnməsinə səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Əlaqənin dəqiq müəyyənləşdirilməsi üçün əlavə və uzunmüddətli tədqiqatlara ehtiyac var.
Müəllif: Mina Mikayılova 

Xəbərlər     Baxılıb: 767   Tarix: 22 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

həkim məsləhəti gozel gorunmek toy makiyaji sekilleri ziyafət dəbi qış ayaqqabıları nermin ibrahimova mürəbbə reseptləri kosmetika hakiwda kokelmek novruz bayramına aid hakışda qizliq perdesi bahar