Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında

Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqındaQızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında

İlk əlaqədə mütləq hər qadında qanama olarmı?

Hər qadında ilk əlaqədə qanama olacaq deyə bir qayda yoxdur. Bəzi qızlıq pərdələri o qədər elastik olurki qanama olmadan qızlıq pərdəsi genişlənir. Və ya yırtılan yerdəki qananma və damarlar az olduğundan ötəri, fərq edilməyəcək qədər az qanama olar. Qadınların təxminən 30 % ində qızlıq pərdəsi yırtılan zaman çox qanama olmaz.
Qızlıq pərdəsi cinsi əlaqə xaricində də pozula bilərmi?

Cinsi əlaqə xaricində qızlıq pərdəsi çox nadir olaraq yırtılar. Ciddi bir zədə və ya bir qəzada o bölgənin yaralanması ilə nadir də olsa qızlıq pərdəsi zərər görə bilər. Əlaqə xaricində nadir olaraq bəzən uzaq şərq idmanı, gimnastika kimi aktiv və normalın xaricində qıç açma hərəkəti edənlərdə, qəza və bəzən yıxılmalarda da yırtıla bilər. Ata və ya velosipedə minmə ilə yırtılma olacağına dair çox da əsassız qorxular vardır. Velosipedə minmə ilə cırılması anatomik quruluş olaraq qeyri-mümkündür.

Qızlıq pərdəsi necə yırtılar?

Cinsi yaxınlıq zamanı və ya xarici bir cisim vajinaya girdiyində (əgər girən cisim qızlıq pərdəsinin ortasındakı dəlikdən böyüksə) yırtılar və qanama olar. Yırtılma ümumiyyətlə bir neçə fərqli yerdən ola bilər. Əgər cinsi əlaqəyə davam edilsə yırtılmanın olduğu yerdən qanama az-az davam edər. İlk yırtılmadan 3-4 gün sonra yırtıq yeri sağalar. Qanama miqdarı qızlıq pərdəsinin qalınlığına, quruluşuna və cinsi əlaqənin şəklinə bağlıdır.

Qızlıq pərdəsinin nə vaxt və necə cırıldığı aydın olarmı?

Yırtılmanın üzərindən 7 gün keçdikdən sonra, bu yırtılmanın yenimi yoxsa nə vaxt yırtıldığını söyləmək mümkün deyil. Qızlıq pərdəsinin nə tərəfindən və necə cırıldığı da bilinə bilməz, cinsi əlaqə zamanımı, barmaqlami, başqa bir cisimləmi və ya qəza — zədə nəticəsindəmi yırtıldığını anlamaq mümkün deyil.

Qızlıq pərdəsi yırtılanda qanama nə qədər olmalıdır?

Adama görə qanama miqdarı dəyişir. Qızlıq pərdəsinin quruluşu, qalınlığı və cinsi əlaqəyə giriş şəkli qanamanın miqdarını təyin edir. Ümumiyyətlə az miqdarda, özbaşına dayanan, bir gigiyenik pedi doldurmayacaq tərzdə, bəzən çüründü şəklində qanama olur. Nadir olaraq yırtılma əsnasında bir damar ağızı açılar və qanama dayanmaz. Bir həkim müdaxiləsi ilə yırtılan yerin tikilməsi lazımdır. Məqsəd qızlıq pərdəsi təmiri deyil qanayan yeri təmir etməkdir.

Qızlıq pərdəsini pozulması ağrıya səbəb olurmi?

Evlənmədən əvvəl müayinə və məsləhətləşmə üçün müraciət edən qadınların ən böyük narahatlıqlarından biri, ilk cinsi əlaqədə ağrı olub olmayacağı, qızlıq pərdəsinin yırtılmasının ciddi bir narahatlıq və ağrıya səbəb olub — ola bilməyəcəyidir. Ağrının olub olmayacağında ən əhəmiyyətli faktor cinsi əlaqədə cütlər arasındakı uyğunlaşma və kişinin davranışı ilə qadına olan yanaşmasıdır. Hər şey normal isə ümumiyyətlə ciddi bir ağrı və sancı olmamalıdır. Olan ağrı da 5-6 deqiqə davam edir və getdikcədə azalır
İlk cinsi əlaqəni asanlaşdırmaq üçün nələrə diqqət yetirmək lazımdır?

Ağrını və qorxunu azaltmaq üçün cütlərin psixoloji olaraq cinsi əlaqəyə hazır olmaları əhəmiyyətlidir. Cinsi yaxinliqdan əvvəl sevişmə vajinal ifrazatı artıracağı üçün bu əlaqəni asanlaşdırar. Əgər qızlıq pərdəniz qalın isə və ya çox qorxunuz var isə, həkiminizin təklif edəcəyi sürüşkənləşdirici istifadə edin.

Yırtılan qızlıq pərdəsi özbaşına düzələrmi?

Xeyr. Yırtılan qızlıq pərdəsi özbaşına düzəlməz. 4-5 gündə yırtılan bölgə epitelyum ilə örtülüb yırtıq olaraq qalmağa davam edər. Tibbi olaraq qızlıq pərdəsinin öz-özünə düzəlməsi və ya bir krem sürtülərək yaxınlaşıb təkrar təmir olması mümkün deyil.
Qızlıq pərdəsi yırtılmadan hamilə qalmaq mümkündürmü?

Qızlıq pərdəsi yırtılmadan hamilə qalmaq mümkündür. Qadın genital orqanının xarici qisiminin sperma ilə təması və bulaşması hamilə qalmaq üçün kafi ola bilər. Bir çox gənc qız qızlıq pərdəsinin cırılmaması üçün "sürtünmə yolu" ilə cinsi əlaqəyə girir və nadir olaraq da olsa bu şəkildə istənməyən bir hamiləlik meydana gəlməsi ilə qarşı-qarşıya qalır.

Qızlıq pərdəsininin quruluşunu həkimə getmədən insan özü qiymətləndirə bilərmi?

Xeyr, bir qadının öz qızlıq pərdəsi quruluşunu ayna istifadə edərək və ya başqa bir alətin köməyi ilə qızlıq pərdəsinin quruluşu haqqında şərh etməsi texniki və tibbi olaraq mümkün deyil. Qızlıq pərdəsi müayinəsi mütəxəssis bir jinekolojik müayinə ilə qızlıq pərdəsinin quruluşu aydın ola bilər.

Qızlıq pərdəsinin pozulub pozulmadığı necə aydın olar?
Qadının özünün bunu anlaması mümkün deyil. Jinekolojik müayinə ilə bir qadın doğum mütəxəssisi və ya jinekoloq tərəfindən qızlıq pərdəsinin pozulub pozulmadığı aydın ola bilər. 18 yaşından böyük qadınlar öz arzuları ilə bunu öyrənə billərlər və müayinəni edən həkimin də xəstə istəmədiyi təqdirdə üçüncü şəxslərə müayinə nəticəsini bildirmə və ifadə zəruriliyi yoxdur. Bakirəlik yəni bekaret müayinəsi çox asan olub jinekoloq tərəfindən göz ilə baxılıb qərar verilir və ağrılı bir əməliyyat deyil. Bəzən bu hymenin anatomik quruluşundan çətin aydın olduğu üçün böyütmə və kolposkopi ilə baxmaq gərəyə bilər.

Qızlıq pərdəsini tikilib təmir edilə bilinərmi? Qızlıq pərdəsinin tikilməsi necə edilir?

Tıbbən qızlıq pərdəsini tikib təmir etmək mümkündür. Bu əməliyyata hymenoplasti adı verilir. Qızlıq pərdəsi təmiri qadın jinekoloqtərəfindən edilər. Hər qadın jinekoloğu dəyişik səbəblərdən bu əməliyyatı etməz. Tikiləndən sonra mütləq qanama olacaq deyə bir zəmanət yoxdur. Qızlıq pərdəsi tikilməsi iki şəkildə edilir. Cinsi əlaqədən və evlənmədən çox müddət əvvəl edilən estetik bir düzəltmə ilə süni bir qızlıq pərdəsi edilir. Digər bir üsul isə evlənmədən 2-3 gün əvvəl qızlıq pərdəsinə qoyulan tikiş ilə edilir. Hər iki üsul da lokal anestezi ilə edilə bilən çox qanama və əməliyyat riski olmayan və qısa müddətdə (15-30 dəqiqə) tamamlanan tətbiqlərdir.
Süni qızlıq pərdəsi nədir? Necə istifadə edilir?

Normal bakirət pərdəsinin bütün xüsusiyyətləri göstərən süni qızlıq pərdəsi bir məhsuludur. Süni qızlıq pərdəsi bitki mənşəli və zülal əsaslıdır. Buna görə bədənə heç bir şəkildə əks təsiri olmaz. Vajina içərisinə yerləşdirilən bu məhsul ilk günkü kimi bir vajinal gərginliyi süni olaraq təmin edərək bunun yanında penetrasyon nəticəsində içindən qırmızı rəngli bir maye çıxır.

Əlaqəyə girmədən əvvəl istifadə edilir. Qadınlarda vajina axıntısını sıxlığı dəyişdiyi üçün məhsulun fərdi olaraq vajinaya neçə dəqiqə əvvəl yerləşdirilməsi hər qadına görə dəyişir. Bu müddət ortalama olaraq 20-30 dəqiqədir. Məhsul 20-30 dəqiqə əvvəl vajinanın 3-5 sm dərinliyinə yerləşdirilir və vajinada olan axıntıyla birlikdə süni pərdə əriyərək həmin hissədə bir pərdə əmələ gətirir. O əsnada da məhsulun içindəki qırmızı toz qana çevrilmiş olur. Penisin vajinaya girməsiylə süni pərdə cırılır və çölə bakirə bir qadından çıxacaq qədər eyni miqdarda qan çıxır.

Ailə və Uşaq     Baxılıb: 199229   Tarix: 13 yanvar 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

turlar.az

donlar 2025 həkim məsləhəti geymler 2025 qadinin arxadan olmasi güllərin mənası ayaqqabı praktik kosmetika efsane maya maskasi bir arzum var sevgi novruza aid hakışta