Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər".
Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib.
"Həkim göstərişi olmadan, orqanizmə lazımsız vitamin yüklənməsi olduqca zərərlidir. Bəzi hallarda valideynlər uşaqlara yoxlanmadan vitaminlər veririlər. Bunun onlar üçün faydalı olacağını düşünürlər. Amma bu yanlışdır. Çünki analizlər verilmədən uşaqda hansı vitaminin az, hansının çox olduğunu bilmədən onu vitaminlə yükləmək dolmaz. Vitaminlər və minerallar uşaqların zehni və fiziki inkişafında mühüm rol oynayır. Ümumiyyətlə isə bu vitamin və minerallar ilk növbədə təbii qidalardan alınmalıdır",-deyə həkim qeyd edib.
Onun sözlərinə görə, vitamin əlavələri, xüsusilə yağda həll olan və orqanizmdə yığılan A, D, E və K vitaminləri bədəndə yığılaraq gələcəkdə toksiklik (zəhər) əmələ gətirə və çox ciddi xəstəliklərə səbəb ola bilər.
Uşaqlara təbii qidalar, mövsümi tərəvəzlər və meyvələr əvəzinə həkimə müraciət etmədən vitamin və minerallar vermək qəti şəkildə olmaz. Hər kəsin orqanizmindəki vitamin və mineral ehtiyacları və dəyərləri fərqlidir. Bu dəyərlərə baxmaq və həkim nəzarəti və tövsiyəsi ilə hərəkət etmək lazımdır.
"Son illərdə aparılan araşdırmalar, D vitamininin faydalarının düşünüləndən qat-qat artıq olduğunu və sümüklərin inkişafına müsbət təsir etdiyini göstərib. D vitamininin əsas mənbəyi günəş şüalarıdır. Bunun üçün günəşin zərərli şüalarının olmadığı bir vaxtda gündə təxminən 15 dəqiqə günəşlənmək məsləhətdir. Digər tərəfdən həddindən artıq D vitamini zəhərli təsirlərə səbəb ola bilər. Yüksək dozada D vitamini, solğunluq, yorğunluq, iştahsızlıq, narahatlıq, qəbizlik və bol sidiyə çıxma, həmçinin kalsium ifrazı, böyrək zədələnməsi, böyrək daşları, ana arterial qapaqda darlıq kimi fəsadlar yarada bilər.Yüksək təzyiq, qusma, gözlərdə sinir təbəqəsinin zədələnməsi və buynuz qişada bulanıqlıq kimi problemlər də meydana gələ bilər.
Məsələn, orqanizmdə həddindən artıq və yüksək dozada E vitamininin olması orqanizmin bakteriyaları öldürmə qabiliyyətini azaldır, immun və otoimmün xəstəliklərin gedişatını asanlaşdırır. İmmunitet sistemi həddindən artıq işlədiyi zaman orqanizm öz toxumalarını yad kimi qəbul edir və bu toxumalara hücum edərək bir çox mühüm xəstəliklərə səbəb olur",-deyə mütəxəssis xəbərdarlıq edib.
Sevinc Hüseynova
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 3866   Tarix: 04 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

aksessuarlar qadın geyimi qaşların formalari körpəyə qulluq dibcekler analiq məktəbi qadın xəstəlikləri kosmetika veten haqqinda bayati vətən həsrətinə aid bayatılar laylalar baliq qaynana