Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdırSon illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir.
Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyin edir. Körpə və ya uşağa bu diaqnozu qoymaq üçün mütləq onun qan analizlərinə baxılmalıdır. Lakin həkimlərin əksəriyyəti körpələrə bu cür preparatları qan analizlərinə baxmadan təyin edir.
Mütəxəssislər hesab edir ki, bu analizlər edilmədən, sırf müayinə ilə bu diaqnozun qoyulması qətiyyən doğru deyil. Mütləq qan analizləri edilməli və əgər xəstəlik varsa, növü və dərəcəsi dəqiqləşdirilməlidir. Yalnız bundan sonra xəstəliyin dərəcəsinə görə D vitamini və ya kalsium preparatları təyin olunaraq istifadə edilə bilər.
Məsələ ilə bağlı Axar.az-a açıqama verən pediatr Altay Abdullaoğlu bildirib ki, bir çox həkim sırf aşağıda sadalayacağımız bir sıra əlamətlər əsasında körpə və usaqlara "raxit" diaqnozu qoyur:
"Başın böyük və ya quruluşunda bəzi əyriliklər olan kimi uşağa raxid diaqnozu qoyulur. Düzdür, raxit xəstəliyində də bu əlamətlər ola bilər. Ancaq bu o demək deyil ki, hər başı böyük və ya əyri olan raxitdir. Ümumiyyətlə, bilinməlidir ki, başın ölçüsü və quruluşu irsi xarakter daşıyır. Yəni sadə dillə desək, valideynlərin baş quruluşları övladlarında da özünü göstərir. Ona görə də irsi xarakter daşıyan bu kimi vəziyyətlər təbii və normal bir haldır. Bu xüsusiyyətlər nəzərə alınmadan bir uşağın başına baxaraq "başı böyükdür" demək və bununla da ona raxit xəstəliyi diaqnozu qoymaq qətiyyən doğru deyil. Əmgəyin geniş olmasını da çox vaxt raxitliklə əlaqələndirirlər. Bir çox normal uşaqların da əmgəyi geniş ola bilər. Ona görə də hər əmgəyi geniş olan usaq da raxit deyildir".
Həkim bildirib ki, döş qəfəsi əyri olan və ya qabırğaları önə doğru çıxan hər xəstəyə "raxit xəstəliyi keçirib" deyə, kor-korənə kalsium preparatları verilməməlidir:
"Döş qəfəsindəki bir çox əyriliklər var ki, tibbə onun səbəbi ümumiyyətlə bəlli deyil. Alt qabırğalardakı bir miqdar əyriliklər isə normal haldır. Bu baxımdan da hər bu əlaməti olan körpə və uşağa bu diaqnozun qoyulması yanlışdır. Bir çox normal körpə və uşaqlarda başın arxa hissəsində saç tökülməsi ola bilər. Belə ki, körpələr xüsusilə baş nahiyəsindən tərləyirlər və bu zaman başın arxa hissəsində saç tökülmələri müşahidə oluna bilər ki, bu da normal bir haldır".
Pediatrın sözlərinə görə, raxit xəstəliyinin diaqnozunu qoymaq üçün həkim hərtərəfli olaraq körpəni müayinə etməlidir. Əgər şübhə varsa, diaqnozu dəqiqləşdirmək üçün əlavə qan analizləri istənilməli və rentgen olunmalıdır. Ancaq bundan sonra dəqiq diaqnoz qoyula bilər:
"Azərbaycanda olan müşahidələrimdə raxit diaqnozu qoyularaq müalicə alan bir çox xəstədə ətraflı araşdırmalar apardıqdan sonra heç bir xəstəliyin olmadığını müşahidə etmişəm. Hətta bəzilərinin qanında zəhərli olacaq miqdarlarda (təyin olunan müalicələr nəticəsində) kalsium və D vitaminin olduğunu da aşkarlamışıq. Bu baxımdan valideynlər diqqətli olmalıdır".
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 7045   Tarix: 21 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

turlar.az

toy makiyajlari yemek reseptleri donlar 2026 makiyaj balıq yağı usaq saclarinin yigilmasi süfrə bəzədilməsi kosmetika azerb clpaq qadinlari burcler baliq qadin saglamlig qiz adlari