Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıqUşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir.
Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir.
Bioloji Təbabət klinikanın fizioterapiya şöbəsinin rəhbəri, həkim Süleymanova Ülviyyə Medicina.az-a açıqlamasında bunları bildirib.
"Uşaq 6 aylıqdan iməkləməlidir. Usağın evdə "xodunok"a qoyulması, guya anaların işini yüngülləşdirir. Uşaq yeriməyi tez öyrənir. Bu isə təbiətin və fiziologiyanın qanunlarına ziddir.
Uşaq iməkləyəndə əlləri və dizləri üstə qalır, bu zaman boynunu, başını məcburi yuxarı vəziyyətdə tutur. Bu hərəkətlər zamanı körpənin bütün onurğa əzələləri tarıma çəkilir, əzələ bərkiyir.
Artıq uşaq yeriməyə başlayanda onurğa və əzələ sistemi hazır vəziyyətə gəlir. Onurğa problemi olan azyaşlı xəstələrimin analarının 95% faizi etiraf edib ki, uşaq iməkləmədən "xodunok"a qoyulub. Uşağın iməkləməsi, oturması, gəzməsi mərhələli və təbii olmalıdır.
"Xodunok" uşaqlarımızın bütün əzələ, oynaq, bel, onurğa sistemini pozur. Bundan sonra çanaqda assimetriya yaranır, istər-istəməz əzələnin birtərəfli əyriliyi baş verir. Gələcəkdə ostexondroz və disk yırtıqları qaçılmazdır.
Mən düzü bilmirəm ki, bu "xodunok"u kim icad edib, niyə analar buna qaçır? Uşağa iməkləməyə və gəzməyə, heç nədən tutmadan ayaqda durub sərbəst gəzməyə imkan yaratmaq lazımdır.
Uşaq təzə-təzə addımlarını atanda evdə rahat gəzməsi, yıxılmaması və ya evdəkilərə mane olmayıb, təhlükəsizliyi üçün "xodunok"dan istifadə etmək olar. Amma bu da uzunmüddətli olmamalıdır. Çünki xodunokda uşağın beli yorulanda uşaq yerə çöməlib oturmaq istəyir, lakin bunu da edə bilmir. Bir sözlə, valideynlər özləri də bilmədən, uşaqların gələcəyinə ağır problemlər yaradır".
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 9190   Tarix: 20 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

yemek reseptleri qaşların formalari toy gecesi kelem tutmasinin hazirlanmasi günün kombini döşlər mastopatiya haqqinda kosmetika aybawi nizami gencevi həsən bəy zərdabi cinsi uzeyir