40 qramdan artıq spirt qəbulu qaraciyərin "evini yıxır"

40 qramdan artıq spirt qəbulu qaraciyərin Qaraciyərin piylənməsi (yağlı hepatoz) getdikcə daha çox yayılaraq sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu xəstəlik yalnız artıq çəkisi olanlarda deyil, normal çəkili insanlarda da müşahidə oluna bilər.
Milli.Az xəbər verir ki, rusiyalı qastroenteroloq-dietoloq Nataliya Panina "qazeta"ya açıqlamasında qaraciyərin piylənməsinə yol aça bilən əsas amillərdən danışıb.
Mütəxəssisin sözlərinə görə, qaraciyərin piylənməsi diaqnozu orqan hüceyrələrinin 5 faizindən çoxunda yağ toplananda qoyulur. Xəstəliyin ən böyük təhlükəsi ürək-damar xəstəliklərinin riskini artırması və sirroza gətirib çıxarmasıdır.
"Əsas risk faktorlarından biri müntəzəm alkoqol qəbuludur. Onun sözlərinə görə, söhbət məhz alkoqoldan sui-istifadədən getmir. Kişilərdə 40 qram, qadınlarda isə 20 qramdan artıq etanol qəbul etmək belə qaraciyərin piylənməsi ehtimalını artırır.
Bundan başqa, fastfud və yarımfabrikatlarda olan trans və doymuş yağlar da qaraciyərə zərbə vurur. Bu məhsullar "pis" xolesterinin yüksəlməsinə və qaraciyərin, həmçinin ürək-damar sisteminin yüklənməsinə səbəb olur. Həkim yağların gündəlik rasionun 30-35 faizindən çox olmamasını, onların da yarısının bitki yağları hesabına təmin edilməsini tövsiyə edib.
Mütəxəssis əlavə edib ki, fruktozanın və sadə karbohidratların həddindən artıq istifadəsi, xüsusilə də şirin qazlı içkilər vasitəsilə, qaraciyərin piylənməsini sürətləndirə bilər. Paninanın sözlərinə görə, rasiona tam taxıllar, işlənməmiş dənli bitkilər, kifayət qədər tərəvəz və salat daxil edilməlidir. Lif maddələri yağ və karbohidrat mübadiləsini tənzimləyir, bağırsaq mikroflorasını dəstəkləyir və nəticədə qaraciyərin sağlamlığını qoruyur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1168   Tarix: 21 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

qis geyimləri 2026 geymler 2026 sac duzumleri könül kerimova psixoliji məsləhətlər mahuddan tikilen kishi ust geyimi əllərin tərləməsi kosmetika vətən haqqında atalar sözləri dolça nagillar zehmet ve zinet novruz hakisdalari