6 ildir hər 2 saatdan bir yaddaşını irtirir - Nadir xəstəlik
2019-cu ildə baş verən qəzadan sonra beynini zədələyən amerikalı qadın Rayli Horner son 6 ildə hər iki saatdan bir yaddaşını itirir.
Milli.Az xəbər verir ki, ABŞ-ın İllinoys ştatında yaşayan 21 yaşlı Rayli Horner 2019-cu ildə məktəb tədbirində baş verən uğursuz qəzadan sonra hər iki saatdan bir yaddaşını itirir. Cəmi 15 yaşında rəfiqələri ilə rəqs edərkən səhnədəki tələbələrdən biri onu başından vurması nəticəsində o, ağır kəllə-beyin travması alıb. Xəstəxanada ilkin müayinələr zamanı ciddi problem aşkar edilməyib və o, evə buraxılıb. Ancaq ertəsi gün hələ 11 iyun 2019-cu il olduğunu düşünərək oyanan gənc qadın, demək olar ki, hər gün "o günü" yenidən yaşamağa başladı. Əvvəlcə hər 45 dəqiqədən bir yaddaşını itirən Horner bu müddəti tədricən iki saata çatdırıb. Aylarla aparılan testlərdən sonra gənc qıza travmatik beyin zədəsi diaqnozu qoyulub.
Rilinin təkcə yaddaşına deyil, həm də diqqətini cəmləmək və hadisələri ardıcıllıqla sıralamaq qabiliyyətinə təsir edən vəziyyət müalicə ilə yerini qismən yeni xatirələrə verib. Ancaq altı ilə yaxındır ki, o, heç vaxt tam sağalmayıb. Buna baxmayaraq, gənc qız təslim olmayıb. Xatırlamaq üçün hər şeyi qeyd edən anası bu yaxınlarda sosial şəbəkədə Raylinin kolleci bitirdiyini və tibb bacısı təcrübəsinə başladığını elan edib.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO