7 yaşlı qız bacısı oyanıb, döyülməsin deyə zorlanarkən səssizcə ağlayıb - FOTO
7 yaşlı qız evlərində baxıcı işləyən pedofil kişinin təcavüzünə uğrayarkən bacısı oyanıb, döyülməsin deyə səssiz şəkildə göz yaşı axıdıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yaşı 18-dən az olan qıza qarşı təcavüzə görə saxlanılan 66 yaşlı Charles Harris ömürlük həbs cəzası alıb.
Atlanta ştatında 5 və 7 yaşlı qızları olan valideynlər gecə növbəsində işlədiklərinə görə Charles Harris-i baxıcı kimi tutublar.
Bir müddət uşaqların və valideynlərin güvənini qazanan Harris 7 yaşlı qıza təcavüz edib.
Hakim qarşısına çıxarılan qız başına gələnləri danışarkən ağlayıb. O, balaca bacısı ayılmasın deyə zorlanarkən səssizcə ağladığını, bir gün bu işgəncənin bitəcəyinə ümid etməsini söyləyib.
Qeyd edək ki, Harris 1998-ci ildə azyaşlıya qarşı əxlaqsızlıq etdiyinə görə polisin "qara siyahı"sına düşüb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin