"Adamın arvadı olar, sevgili gün keçirmək üçündür" - Nadirdən qalmaqallı sözlər

"Bu gün insanlar çox şeyi başqa cür fikirləşirlər. Son zamanlar  boşanma dəbi düşüb, sanki boşanmaq bir trend olub".
Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib.
Son vaxtlar boşanmaların artması ilə bağlı fikirlərini bölüşən sənətçi gənclərin ailəyə qeyri-ciddi yanaşdığını bildirib:
"İndi boşanma da geyim kimi olub, hamı geyindi mən də geyinim, hamı boşandı, mən də boşanım. Bu gün bu mövzu o qədər ucuzlaşıb, o qədər çəkisini itirib ki, bəzi insanlar evlənməyi oyuncağa çeviriblər. Düşünüb-daşınmadan ailə qurmağa hazırlaşırlar. İndi də dəb düşüb: Mənim sevgilim. "Mənim sevgilim" ümumiyyətlə, nə deməkdir? Mən indiyə qədər bu anlayışı başa düşməmişəm. Ya sənin nişanlın, ya həyat yoldaşın olar. Sevgilim sözü, məncə, gün keçirtmək üçün olan məşğuliyyətdir. Mən belə düşünürəm. Ona görə də sevgili anlayışında olan insanlar bir müddət qızla, ya oğlanla oturub-dururlar, sonra guya evlənmək istəyirlər, evlənəndən sonra da elə sevgili olduqları vaxtdakı kimi davam edib, axırda da ayrılırlar".
Onun sözlərinə görə, gənclər evlənib-boşanmağı əyləncəyə çevirib:
"Artıq məsuliyyətsizlik var. Gənclər fikirləşir ki, kimin nəyinə lazım, özüm bilərəm, öz həyatımdır. Boşanmaq üçün maksimum dözmək lazımdır, ayrılmaq üçün ciddi səbəb olmalıdır. Boşanırlar, sonra da deyirlər "Xasiyyəti xoşuma gəlmədi". Uşaq da arada qalır. Sizin 5-6 günlük kefinizə, əyləncənizə görə iki, üç insanın həyatlı məhv olur, bunu düşünmürsünüz? Burada valideyn məsuliyyətsizliyi var. Əvvəllər hər bir evdə ağsaqqal, ağbirçək olardı. Məsələləri onlar çözərdi. İndi ağsaqqalı, ağbirçəyi sayan da yoxdur. O üzdən də hər şey cılızlaşıb. Təbii ki, yaxşı qızlarımız, yaxşı ailələrimiz də var, amma hər şey adiləşib. Evlənmək bilirsiz nəyə çevrilib? Getdim bazara, ət aldım, bəyənmədim, verdim itlərə. Evlənmək də eyni belə bir şeyə çevrilib, gedərəm, bu yaxşı olmaz, boşanaram, başqasına gedərəm deyə düşünürlər. Məsuliyyət lazımdır, hər bir addımda götür-qoy etmək lazımdır. Mənim də yaşım az deyil, 51 yaşım var, görüb-keçirmiş insanam. Mən müasir insanam, geridə qalmamışam. Bəziləri üçün boşanmaq müasirlikdir, amma belə deyil. Mən bunu istəməzdim, xoşbəxt, sağlam ailə görəndə çox sevinirəm".

Şou Biznes     Baxılıb: 1373   Tarix: 19 iyun 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Fədayə Laçın həbsxana həyatından danışdı

Müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Sənətçi "Astar" yutub layihəsində ailəsində yaşadığı çətinliklərdən danışıb. F.Laçın bildirib ki, atası anasına xəyanət etdikdən sonra valideynlər

.

Rasim Əsgərov ilə Çinarə arasında nə baş verir?

Rasim Əsgərov və Çinarə arasında nə baş verir?. Tanınmış pianoçu, bəstəkar və aranjimançı Rasim Əsgərovun sosial şəbəkələrdə təqdim etdiyi özəl musiqi kontentləri qısa zamanda böyük auditoriya toplayaraq hər kəsin zövqün

.

36 yaşlı aktrisa vəfat etdi

Hollivud aktrisası Hayden Panettyeri 36 yaşında vəfat edib. Bu barədə aktrisanın atası açıqlama yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Aktrisa "Heroes" serialında Kler Bennet rolundan sonra daha da məşhurlaşıb

.

Toppuş bacı'nın atası da vəfat etdi

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. . M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. . Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkird

.

Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Tanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib. Bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq "RİA Novosti" məlumat yayıb

.

Blogerin əri onun ad günündə vəfat etdib

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova onun ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. Nərmin bildirib ki

.

Bergüzar Korel "A.B.İ."də

Türkiyəli aktrisa Bergüzar Korel "A.B.İ." serialının ikinci mövsümündə rol alacaq. Serialın çəkilişlərinə avqustun 22-də başlanması planlaşdırılır. Yeni mövsümdə hadisələrin daha çox aksiyon və intiqam üzərind

.

Elgizin yeni verilişinin adı bəlli oldu

Aparıcı Elgiz Əkbərin yeni mövsümdə təqdim edəcəyi verilişin adı bəlli olub. xəbər verir ki, Elgiz Əkbər "Şadlıq olsun" adlı yeni layihəsinin tizerini sosial media hesabında paylaşaraq onun tezliklə yayımlanacağın

.

Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto

Rusiyalı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena İvanovanın övladları ilə fotosu yayılıb. Şəkil sosial mediada paylaşılıb. Fotoda Alena və A.Ağalarovdan olan iki övladı yer alıb. Qeyd edək ki, Araz Ağalarovu

turlar.az

hamiləlik həkim məsləhəti yemek reseptleri xina sozleri 2026 yaz yay kolleksiyasi 1 yaşına qədər körpələrə qulluq pizza reseptləri kosmetika maraqlı rəksanə layla aysel vətənə aid atalar sözləri