Ağciyəri gücləndirən qidalar

Ağciyəri gücləndirən qidalarAğciyər xərçəngi bütün orqan xərçəngləri arasında ən ölümcül xərçəng növüdür. Hesab olunur ki, ağciyərə zərər verən ən güclü amil siqaretdir. Mütəxəssislər, çirklənmiş havaya məruz qalmamaq, siqaret çəkməmək və siqaret çəkilən mühitdə olmamaq lazım olduğunu vurğulayır, eyni zamanda sağlam qidalanmanın ağciyəri təmizlədiyini bildirirlər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, dietoloq Gizem Gençyürek ağciyərin dostu olan qidaları açıqlayıb. Onlar aşağıdakılardır:
Hər şeydən əvvəl maye. Bol su içmək və C vitamini ilə zəngin təzə tərəvəz və meyvə şirələrinin qəbulu ağciyərləri təmizləmək üçün zəmin hazırlayır. Maye ağciyərin mucus qatını incəldərək nəfəs almağı asanlaşdırır.
C vitamini mənbələri: Cəfəri, qırmızı bibər, sitrus meyvələri antioksidant xüsusiyyətlərinə görə ağciyəri sərbəst radikallardan qoruyurlar.
Bundan əlavə, antioksidantlar tənəffüs sisteminin epiteli toxumasını yaradaraq ağciyəri bakteriyalardan qoruyur.
Sink qaynağı olan qatıq və taxıl məhsulları: Tənəffüs yolu infeksiyalarına qarşı müqavimət yaradan sink mənbəyi olan qidalar gündəlik rasiona daxil edilməlidir.
Gündə 2-3 porsiya qatıq, 3-4 porsiya tam taxıl məhsulları qəbul edilməlidir.
Üzüm tumu
Tərkibindəki "resveratrol" komponenti sərbəst radikallara qarşı ağciyərə bir qalxan rolunu oynayır. Tərkibinin bədən tərəfindən tam həzmi üçün üzüm toxumu çeynənərək yeyilməlidir.
Kərəviz
C vitamini ilə zəngindir, antioksidant xüsusiyyətləri var.
C vitamini iltihab əleyhinə təsiri ilə ağciyərin sərbəst radikal zədələnməsinin qarşısını alır. Eyni zamanda, tərkibindəki "kumarin" adlanan birləşmələr immun hüceyrələrinin işini dəstəkləyir və sərbəst radikalların böyüməsinin qarşısını alır.
Zəncəfil və sarıkök
Həm zəncəfil, həm də sarıkök güclü antivirus təsirlərə malikdir. Zəncəfilin tərkib hissəsi olan "Gingerol" və sarıkökün tərkib hissəsi olan "Curcumin" ağciyəri virus infeksiyalarından qoruyur.
Eyni zamanda, zəncəfil və sarıkökün tərkibində olan maddələrin koronavirusun çoxalması və gen ötürülməsində vasitəçi olan "Mpro" fermentinə maneə törətdiyini göstərən araşdırmalar var.
Keçibuynuzu
Keçibuynuzu ciyərləri təmizləmək üçün vacib bir funksiyaya malikdir. Keçibuynuzu, vitamin K, vitamin E və vitamin B2 (Riboflavin) kimi vitaminlərlə və xüsusilə sink, kalsium, fosfor və kalium kimi minerallarla zəngindir, güclü bir antioksidant xüsusiyyəti var. Şiddətli öskürəkdən xilas edir, astma tutmalarının azalmasına səbəb olur və infeksiyanın qarşısını alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1897   Tarix: 28 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qadın geyimi toy makiyajlari maskalar kampotlarin hazirlanmasi yoğun bağırsaq xəstəlikləri ayaq dirnaqlarina qulluq salatlar və qəlyanaltılar kosmetika namiq qaraçuxurlu novruz bayramina aid hakistalar yemekler veten seirleri zencefil