Diş həkimindən qorxursunuzsa, şirniyyatı azaldın
Yeni il ərəfəsində şirniyyatların çoxluğu dişlər üçün risk yaradır.
Milli.Az xəbər verir ki, mikrobioloqlar bildirirlər ki, şirniyyat ağıza daxil olduqda dişlərdə yaşayan bakteriyalar onu enerji üçün istifadə edir və bir-iki dəqiqə içində ağızın turşuluğu yüksəlir. Bu turşuluq dişlərin emalını çözə bilir və kariesin əsas səbəbi olur.
Bədən normal halda bu tarazlığı bərpa etməyə çalışır. Tüpürcək şəkəri yuyur, turşuluğu neytrallaşdırır, faydalı bakteriyalar isə zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Amma gün ərzində tez-tez şirniyyat qəbul edildikdə bu müdafiə mexanizmləri işləmir. Zərərli bakteriyalar şəkəri istifadə edərək diş lövhəsi (biofilm) yaradır. Bu yapışqan təbəqə dişə möhkəm yapışır və yalnız mexaniki təmizləmə ilə aradan qaldırıla bilir, altında isə bakteriyalar turşuluq istehsal etməyə davam edir və dişi tədricən zədələyir.
Mütəxəssislər tövsiyə edir ki, şirniyyat əsas yeməklər zamanı qəbul edilsin, bu zaman tüpürcək ifrazı çox olur və şəkər daha tez yuyulur. Gün ərzində ara yeməklərdə şirniyyat yeməkdən çəkinmək lazımdır. Həmçinin, düzgün diş gigiyenası, yəni yeməkdən sonra dişlərin fırçalanması və diş aralarının təmizlənməsi kariesin qarşısını almaqda əsas vasitədir.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO