Ağızda yaralar

Ağızda yaralar• Aftoz stomatit
• Virus stomatiti
• Herpes
• Dişlərin defekti
• B2 vitaminin çatmamazlığı
• B6 vitaminin  çatmamazlığı
• C  vitaminin çatmamazlığı
• R vitaminin çatmamazlığı
Yaracıqlar diş ətlərində və ağızın selikli qişasında infeksiya nəticəsində, vitaminlərin çatmamazlığı ilə əlaqədar, və ya bəzi dərmanların qəbulundan sonra yarana bilər.
Aftoz stomatit: aftoz yaralar ağızın selikli qişasının, o cümlədən yanaqların, dilin və damağın zədələnməsidir. Sarı - ağ kraterdən ibarət olub qırmızı rəngli zolağı iltihabla  əhatələnn yaralar hədsiz ağrılıdır. Əgər uşaq stress vəziyyətinə düşərsə ayrı-ayrı yerləşmiş yaralar birləşə bilər. Sağalma dövrü 1-2 həftə təşkil edir. Aftoz yaraların əmələ gəlmə səbəbləri mütəxəssizlər tərəfindən dəqiq müəyyənləşdirilir. Onlara virus infeksiyası, endokrin və  immun sisteminin  pozğunluqları, xroniki qəbzlik, emosional dəyişiklik kimi hallar aid edilir.
Yardım: ağızı gündə bir neçə dəfə kalendula məhlulu ilə yaxalamaq məsləhətdir. Əgər bu kömək etmirsə uşağı həkimə göstərmək lazımdır.
Virus stomatiti: stomatitin (ağızın selikli qişasının iltihabı) törədicisi Koksaki virusudur. Adətən stomatit yanağın və qırtlağın əsnək nahiyəsinin selikli qişasında çox kiçik ölcüdə olan sarımtıl ağrılı yaraların əmələ gəlməsi ilə xarakterizə olunur.
Yardım: ağızı kalendula məhlulu ilə yaxalamaq lazımdır : 1 stəkan ilıq suya 1 çay qaşığı dəmlənmiş kalendula məhlulu və ya 1 stəkan qaynar suya 10 qr kalendula gülləri tökuruk. Virus stomatiti yoluxucudur, ona görə də uşaqın istifadə etdiyi qabları təmiz yumaq, qaynar su ilə yaxalamaq və ailənin digər üzvlərinin istifadə etməməsi üçün ayrı saxlamaq lazımdır. Ağrılarla əlaqədar uşağı gündə 5-6 dəfə az porsiyalarla ilıq qida ilə yedizdirmək  lazımdır. Qida  turş və çox duzlu olmamalıdır.
Herpes: herpes virusu adətən tez-tez 1-3 yaşlı uşaqlarda ağızın selikli qişasını zədələyir. Uşaq ağızda ağrı hiss edir, yeməkdən imtina edir, şıltaqlıq edir. Tüpürcək ifrazı artır, qızdırma, ağızda pis qoxu əmələ gəlir. Ağızın selikli qişasında tez partlayan, özündən sonra zədə yeri olan, sarımtıl-boz pərdə ilə  örtülü, 2-10 mm diametrli suluqlar aşkar etmək olar. Pərdə soyulduqdan sonra yara əmələ gəlir.  Herpes haqqında "Qovuqcuqlu dəmrov" məqaləsində "Dəridə səpgilər" bölməsində daha ətraflı məlumat verilir.
Yardım: virus stomatitdə  olduğu kimidir. Herpes virusuna qarşı xüsusi məlhəm və ya asiklovir  kremin (zoviraks) istifadəsi spesifik effekt verir.
Dişlərin deffekti: dişlərin kariyesi, düzgün olmayan prikus, sınmış dişlərin iti kənarları ilə  qıcıqlanma və ya ağızın selikli qişasının zədəsinə səbəb ola bilər və infeksiyanın nüfuz etməsi üçün açıq qapı yarada bilər.
Yardım: profilaktik məqsədlə müntəzəm olaraq,  ildə üç dəfədən az olmayaraq, hətta uşağın dişləri ağrımasa belə, onu həkim stomatoloqa göstərmək lazımdır.
B2 vitaminin (riboflavin) çatmamazlığı dodağın qırmızı haşiyəsində və ağız bucaqlarında çatlar və quru pulcuqların əmələ gəlməsinə səbəb olur. Bundan başqa dil, gözün konyuktivanın iltihabı, buynuz təbəqəsinin zədələnməsi müşahidə olunur. Uşağın gözləri qızarır, yaşarır, başında çoxlu kəpək əmələ gəlir.
Yardım: Düzgün qidalanmada vitamin B2-nin çatmamazdığına rast gəlmək olmur. Çoxlu  miqdarda Bu vitaminlə iri buynuzlu mal-qaranın ət və süd məhsulları (qaraciyər, yumurta, pendir, kəsmik, süd) zəngindir. İspanaq, yaşıl noxud, qarabaşaq və yulaf yarmaları kimi  tərəvəzlərin tərkibində də olur. Əgər xəstəliyin əlamətləri olarsa uşağı həkimə göstərmək lazımdır.
Vitamin B6 (piridoksin) çatmamazlığında qida ilə bu vitaminin lazımi qədər alınmaması dərinin zədələnməsinə gətirib çıxarır, B2 vitaminin çatmamazdığında olduğu kimi dodaqların haşiyəsinin dərisində çatlar, dilin iltihabı, kəpək kimi əlamətlər müşahidə edilir.
Yardım: piridoksin çoxlu miqdarda qara ciyər, paxla, düyü kəpəyində, yer fındığında olur. Əgər əlamətlər meydana çıxarsa, uşağı həkimə göstərmək lazımdır.
Vitamin C - nin çatmamazlığı (sinqa): sinqa zamanı diş ətləri şişir və göy - bənövşəyi rəng alır, tez qanayır. Bədəndə nöqtəvi qansızmalar, ətraflarda psevdoiflic, qan azlığı, əsəbilik kimi hallar müşahidə olunur.
Yardım: əgər uşaq lazımi miqdarda təzə meyvə və tərəvəz qəbul etmirsə, onda vitamin C - nin (askorbin turşusu) çatmamazlığı əmələ gəlir. C vitamini sitrus, qarağat, itburnu meyvələrində xüsusilə də çoxdur. Sinqa zamanı vitamin C-nin böyük dozalarda qəbul  edilməsi  uşağın sağalmasında effektivdir.
Vitamin R-nin (niasin) çatmamazlığı:  dil və ağızın selikli qişasının iltihabı, ishal və ağıl zəifliyi kimi üç əlamətlərlə (birgə) özünü göstərir.
Yardım: R vitamininin avitaminozu zamanı uşağın qidasında tərkibində daha çox niasin olan qara ciyər və  quş ətindən xörəklər, yer fındığı, balıq (qızıl balıq) istifadə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1667   Tarix: 02 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

qis geyimləri 2026 geymler 2026 sac duzumleri könül kerimova psixoliji məsləhətlər mahuddan tikilen kishi ust geyimi əllərin tərləməsi kosmetika vətən haqqında atalar sözləri dolça nagillar zehmet ve zinet novruz hakisdalari