Ağrıları aradan qaldıran nanə cövhəri

Ağrıları aradan qaldıran nanə cövhəriİranın Kaşan Tibb Elmləri Universitetinin alimləri nanə cövhəri (nanə yağı) ürək əməliyyatından sonra ağrıları azalda və xəstələrin yuxu keyfiyyətini yaxşılaşdıra biləcəyini müəyyən ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, ürək cərrahiyyəsi döş sümüyünün kəsilməsini və sonradan mexaniki tənəffüs dəstəyini tələb edən böyük bir prosedurdur. Bu iki amil güclü ağrı, stress və yuxusuzluq riski ilə əlaqələndirilir.
Effektiv ağrıkəsici xəstələrin daha tez sağalmasına imkan verir və əməliyyatdan sonrakı ağırlaşmaların riskini azaldır. Amma ağrıkəsicilərin uzun müddət istifadəsi də arzuolunmazdır. Tədqiqatçılar ağrıları yüngülləşdirən və ciddi yan təsirləri olmayan bir dərman tapmaq üçün ürək əməliyyatı keçirmiş 64 insan arasında təcrübə aparıblar.
İştirakçılar iki qrupa bölünüblər. Birinci qrupa nanə cövhəri ilə aromaterapiya təyin edilib. Onların tənəffüs sisteminə 0,1 ml 10% yağ yeridilib. Xəstələr həmçinin inhalyatorlar vasitəsilə efir yağı ilə nəfəs alıblar. İkinci qrupdan olan xəstələrin müalicəsini simulyasiya etmək üçün adi sudan istifadə edilib.
Hər iki qrup cins, yaş və çəki, əməliyyatın növü, ümumi anesteziya altında qalma müddəti və ağrıların aradan qaldırılması dərəcəsi baxımından oxşar olub.
İki gündən sonra iştirakçılarda ağrının intensivliyi qiymətləndirilib. Ağrı şiddəti aromaterapiya qrupunda 3,22 bal, digər qrupda isə 4,56 bal olub.
Tədqiqatçılar bu yağın tərkibində olan karvon, limonen və mentol kimi komponentlərin ağrıkəsici və sakitləşdirici təsirə malik olduğunu qeyd ediblər. Həmçinin bildiriblər ki, aromaterapiya yuxu keyfiyyətinin yaxşılaşmasına da səbəb olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1058   Tarix: 20 oktyabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim şəkilləri qadın geyimi geymler 2026 cinsi problemlər atalar sözləri ari mehsullari dil haqqinda atalar sozu kosmetika novruz hakıştası şəhid lakonizim sevgi vətənə aid