Aktrisa 100 yaşında vəfat etdi
Amerikalı aktrisa Cune Lokhart 100 yaşında vəfat edib.
azxeber.com xəbər verir ki, bu barədə New York Times nəşri aktrisanın nümayəndəsi Harlan Boll-a istinadən xəbər verib.
Lokhart daha çox "Lassi" serialındakı Rüt Martin obrazı ilə tanınıb — o, fermer və cəsur kolli itinin sahibi olan Con Provostun qəhrəmanının övladlığa götürən anası rolunu ifa edib. Aktrisa bu rolu 1958-ci ildə serialın beşinci mövsümünün əvvəlində alıb və altı il ərzində canlandırıb.
Cune Lokhart kinoda ilk dəfə 13 yaşında çəkilib — 1938-ci ildə "Milad mahnısı" ("A Christmas Carol") filmində rol alıb, sonradan Qeri Kuper, Bett Devis və Cudi Qarland kimi ulduzlarla birgə filmlərdə oynayıb.
Aktrisa həmçinin teatr səhnəsində də tanınıb və 22 yaşında "Sevgi və ya pul xatirinə" ("For Love or Money") adlı müzikldə debüt ifasına görə "Toni" mükafatını qazanıb.
Cune Lokhart sonuncu dəfə 2018-ci ildə "Remake" adlı romantik komediyada ekranlarda görünmüşdü.
Bundan bir gün əvvəl isə məşhur isveçli aktyor və musiqiçi Björn Andersen 70 yaşında vəfat edib. O, dünya şöhrətini italyan filmi "Venesiyada ölüm"dəki rolu ilə qazanmışdı.
///OLAY









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur müğənni barədə istintaq başladıldı
100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə
Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq
Bu qidalar prostat xərçəngi riskini artırır
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
Həsən Osmanov vəfat etdi