Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib.
Hadisə Tokantins ştatının Almas şəhərində baş verib.
Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdən sonra qardaşı qızının saçını darayarkən ildırım çaxıb. Ağır xəsarət alan gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ailəsinin sözlərinə görə, hadisə baş verən vaxt hava buludlu olsa da, güclü yağış yağmayıb.
Gənc qadının ölümü ilə bağlı araşdırma davam edir.
Ana Beatris Arauj Ferrera ölümündən bir neçə gün əvvəl Almasda keçirilən "ExpoAlmas" sərgisi çərçivəsində təşkil olunan tədbirdə "Rodeo Kraliçası" tacına layiq görülüb.
Fizioterapiya üzrə təhsil alan və universitetdə ilk semestrdə oxuyan Ana Beatris Arauj Ferrera 5 yaşlı oğlan uşağının anası olub.
///qafqazinfo/// / azxeber.com









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
Müğənni həbsxanaya göndərildi
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü